Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

"Çox sevincliyəm. Azərbaycan xalqına və məşqçilərimizə təşəkkür edirəm. Bu qızıl medala hava-su kimi ehtiyacım var idi".

Bunu Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Vüqar Talıbov "QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

90 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı ona inanan şəxsi məşqçisi Ramiz Ramizzadəyə də minnətdar olduğunu bildirib: "Sevinirəm. Uzun müddət medal qazana bilmirdim. Sonuncu dəfə 2019-cu ildə nəticə vermişəm. Qələbəmi ailəmə və şəxsi məşqçimə həsr edirəm. Heç kim mənə güvənməyəndə, onlar mənə inanırdı. Allah şəhidlərimizə rəhmət etsin. Medalımı həm də şəhid qardaşlarıma həsr edirəm".

İdmançı 1/4 final mərhələsində zədələnən gürcüstanlı rəqibi Tornike Poladişvilini çiynində daşıması barədə danışıb: "Poladişvili ilə şəxsi tanışlığımız var. Ayağının əzildiyini gördüm və onun orada qalmasını istəmədim. Bu, cüdonun gözəllikləridir. Bunu hər kəs etməlidir".

Talıbov 2019-cu ildən sonra başına xoş olmayan hadisələrin gəldiyini xatırladıb: "Zədələndim və əməliyyat olundum. Koronavirusa da yoluxmuşdum və çox yarışlara qatılmadım. İştirak etdiyim turnirlərdə isə istənilən kimi çıxış edə bilmirdim. Sonuncu dünya çempionatına da qızıl medal üçün getmişdim. Amma zədə buna imkan vermədi. Hazırkı qızıl medal isə onları yudu. Bunun davamlı olacağına ümid edirəm. Əsas məqsədim 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarıdır. Məqsədimə çatacağıma inanıram. Bunun üçün əziyyət çəkirəm".

Yeniyetmələr arasında olimpiya çempionu olan cüdoçu həmin titulun da onun üçün daha önəmli olduğunu vurğulayıb: "Çünki yarış dörd ildən bir təşkil olunur. Amma mən 2019-cu ildəm sonra nəticə verə bilmirdim. Əhval-ruhiyyəm düşmüşdü. Məncə, bu medal daha şirindir. 2018-ci ildə yeniyetmələr arasında olimpiya çempionu olanda müsahibəmdə bildirmişdim ki, 2024-cü ildə böyüklər arasında eyni uğuru təkrarlamaq niyyətindəyəmn. İstəyim də budur. Onun üçün əziyyət çəkirəm. Bu, sadəcə, başlanğıc idi".

66 kq-da olimpiya çempionu olan cüdoçu çəkisini qaldırması barədə də fikirlərini bölüşüb: "66 kq-da yarışmaq üçün xeyli çəki salırdım. Bu, mənim üçün əziyyətli idi. Lakin olimpiada böyük yarış olduğu üçün məcbur bunu edirdim. Düşünürəm ki, idmançı hər çəkidə güləşməyi bacarmalıdır. Hazır olduqdan və məşq etdikdən sonra hər şey mümkündür. İnam olanda istənilən çəkidə çempion ola bilərsən. Çoxları mənə inanmırdı. Çünki çəkini 66 kq-dan 90 kq-a qaldırdım. Bu, bəziləri üçün çətin görünür. Amma bunun öhdəsindən gəldim".

Talıbov 90 kq-dakı digər cüdoçu Məmmədəli Mehdiyevlə rəqabət haqqında bunları deyib: "O, yaxşı insandır. Yoldaşlığımız da var. Artıq illərdir bu çəkinin vahid lideri hesab olunur. Böyük Dəbilqə turnirlərində dəfələrlə medal qazanıb və çempion olub. Mənim isə yaşım azdır. Amma düşünürəm ki, onu qabaqlaya bilərəm. Mən də olimpiadanın qalibi olmaq istəyirəm. Bu vaxtadək 90 kq-da rəqabət yox idi. Amma hazırda rəqabət çoxalıb. Bizdən savayı Murad Fətiyev də bu çəkidə çıxış edəcək. O da gənc idmançıdır və Böyük Dəbilqə turnirlərində iştirak edir. Hər ikisini qabaqlayıb Yay Olimpiya Oyunlarına gedəcəyimə inanıram".

Cüdoçu noyabrda Bakıdakı Böyük Dəbilqədə iştirak etmək istədiyini söyləyib: "Burada öz sözümü deməliyəm. Həmin yarışda Məmmədəli Mehdiyevlə qarşılaşmaq ehtimalım var. Məni Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatıı üçün heyətə daxil edəcəklərinə inanmıram. Gənclərin dünya çempionatında qızıl medal qazanan idmançıya böyüklərin yarışında şans verməyi planlaşdırırdılar. Mən də yarışdan əvvəl zədələndim və çempion ola bilmədim. Düşünürəm ki, Böyük Dəbilqə turnirlərində iştirak edəcəyəm. Ölkəmizi layiqincə təmsil etmək istəyirəm".

Fərdi
Azərbaycan Badminton Federasiyası yeni layihəsini təqdim edib

Azərbaycan Badminton Federasiyası yeni layihəsini təqdim edib

Fərdi
Gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb

Gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb

Fərdi
Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Fərdi
Boks üzrə Azərbaycan çempionatında 3 çəki üzrə 1/4 finalçılar müəyyənləşib

Boks üzrə Azərbaycan çempionatında 3 çəki üzrə 1/4 finalçılar müəyyənləşib

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub, mundialın iştirakçıları bəlli olub

Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub, mundialın iştirakçıları bəlli olub

Fərdi
Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilib - YENİLƏNİB

Bakıda "Qadınlara və qızlara qarşı zorakılığa son!" şüarı altında veloyürüş keçirilib - YENİLƏNİB

Fərdi
Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub

Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub

Fərdi
Hans Nimann Karlseni məhkəməyə verib

Hans Nimann Karlseni məhkəməyə verib

Fərdi
Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Fərdi
Asiman Qurbanlı: "İslamiadaya görə digər yarışlara ciddi yanaşmırdım"

Asiman Qurbanlı: "İslamiadaya görə digər yarışlara ciddi yanaşmırdım"

Fərdi
Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal qazanıb

Böyük Dəbilqə: Hidayət Heydərov qızıl medal qazanıb

Fərdi
Azərbaycan boksçuları Polşada beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycan boksçuları Polşada beynəlxalq turnirdə mübarizə aparacaq