Bakıdakı Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada mükafatçılar müəyyənləşib

Bakıdakı Dünya Kubokunda 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada mükafatçılar müəyyənləşib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda bu gün kişilər və qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada mükafatçılar müəyyənləşib.

"QELEBE.AZ" federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Çini təmsil edən Yu Xie qızıl medal qazanıb.

Ötən il Bakıda keçirilən mundialın da qalibi olan asiyalı atıcı həlledici mərhələdə Almaniyadan olan Robin Valteri üstələyib.

Bürünc medal da çinli atıcıya nəsib olub. Hesabında üç dünya çempionu titulu olan Boven Zhang bu dəfə üçüncü yerlə kifayətlənib.

Eyni növdə qadınların mübarizəsində fransalı Kamille Yedrjeyesvki sürpriz nəticəyə imza atıb. 22 yaşlı atıcı güclü rəqiblərini üstələyərək, qızıl medala yiyələnib. Koreyalı Yeji Kim gümüş, Çindən olan Ranxin Jianq bürünc medalla kifayətlənib.

Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Qızıl medal qazanan Kamille Yedrjeyevski təəssüratlarını bölüşüb: “Təsnifat mərhələsi kifayət qədər gərgin keçmişdi. Final mərhələsinin bir gün sonraya təsadüf etməsi yaxşı oldu. Belə olan halda dincəlmək və həlledici mərhələyə köklənmək üçün vaxt qazandım. Fəxri kürsüyə qalxdığıma görə məşqçimə təşəkkür edirəm. Bəli, qızıl medal qazandığımı biləndən sonra təsirləndim və göz yaşlarımı saxlaya bilmədim. Həmin an özümlə fəxr etdim və hislərə qapıldım. Hər gün qızıl medal qazanmırıq deyə, belə anlar bəzən adamı təsirləndirir".

Fransalı atıcı paytaxtımızın onun üçün düşərli olduğunu deyərək, gördüklərindən məmnunluğunu dilə gətirib: “Bu, Bakıda ilk qızıl medalımdır. 2022-ci ildə burada keçirilən Dünya Kubokunda gümüş medal qazanmışdım. Bakı Atıcılıq Mərkəzini ümumilikdə yaxşı tanıyıram. Bəlkə də uğur qazanmağımda bu amilin də rolu var. Çünki hər mənada özümü rahat hiss edirəm. Paytaxtınızla bağlı xoş xatirələrim var. Komandamızla birlikdə şəhəri gəzmək imkanımız oldu. Mərkəzdə dolaşdıq, dəniz kənarında gəzdik. Burada olmaqdan zövq aldığımızı deməliyəm”.

Fərdi
İsmayıl Zamanov: "Avropa çempionatında üçüncü yer pis nəticə deyil"

İsmayıl Zamanov: "Avropa çempionatında üçüncü yer pis nəticə deyil"

Fərdi
Eldəniz Əzizli: "Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik"

Eldəniz Əzizli: "Bakıdakı yarışda güclü olduğumuzu göstərmək istəyirik"

Fərdi
Anatoli Karpov ağır kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib

Anatoli Karpov ağır kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib

Fərdi
Avropa çempionatı: Azərbaycan taekvondoçusu qızıl medal qazanıb

Avropa çempionatı: Azərbaycan taekvondoçusu qızıl medal qazanıb

Fərdi
Azərbaycanın 35 veteran cüdoçusu dünya çempionatında iştirak edəcək

Azərbaycanın 35 veteran cüdoçusu dünya çempionatında iştirak edəcək

Fərdi
Rafael Nadal burnunu sındırıb

Rafael Nadal burnunu sındırıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 finala yüksəlib

Fərdi
Azərbaycanlı Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Azərbaycanlı Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Fərdi
"Vüqar Həşimov Memorial-2022"də blits yarışlarına start verilib

"Vüqar Həşimov Memorial-2022"də blits yarışlarına start verilib

Fərdi
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edib

Fərdi
Azərbaycanın 8 paracüdoçusu Bakıdakı dünya çempionatına buraxılmayıb

Azərbaycanın 8 paracüdoçusu Bakıdakı dünya çempionatına buraxılmayıb

Fərdi
“Formula 1”: Könüllü olmaq üçün ilk gündə 6000-dən çox müraciət edilib

“Formula 1”: Könüllü olmaq üçün ilk gündə 6000-dən çox müraciət edilib