İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

İslamiadada ən yüksək nəticələrə görə mükafatların ödənilməsinə başlanılıb

Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş idmançılar, onların məşqçiləri və hazırlıq prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, mükafatların ödənilməsinə başlanılıb.

Gənclər və İdman Nazirliyindən "QELEBE.AZ"a verilən məlumata görə, ümumilikdə, 188 idmançı, 94 məşqçi və idman mütəxəssisini əhatə edən mükafatlandırma qaydalarında bir sıra yeniliklər tətbiq edilir. Yeniliklər idmançıların motivasiyası və onların nəticələrinin qarşıdakı illərdə də yüksəldilməsinə xidmət edir. Buna görə də, əsas yenilik idmançıların hazırlığında rolu olan hər kəsin mükafat almasıdır. Təkcə məşqçilər deyil, eyni zamanda, idmançıların yarışlara hazırlığı prosesində əməyi olan digər mütəxəssislər (həkim, fizioterapevt, menecerlər) və eləcə də həmin yarışlarda ölkəmizi təmsil etmiş hakimlərə də mükafat müəyyən edilib. İdmançıların qazandığı medalın əyarından asılı olmayaraq, həmin mütəxəssislər 10 000 manat məbləğində mükafatlandırılacaqlar.

Digər yenilik odur ki, baş məşqçi, şəxsi məşqçi, köməkçi məşqçi və ya digər mütəxəssislər yalnız bir vəzifə üzrə mükafat alacaqlar. Milliləşdirilmiş idmançıların əldə etdiyi ən yüksək nəticələrə görə onların şəxsi məşqçiləri mükafatlandırılmır. Komanda yarışlarında ən yüksək nəticələrə görə baş məşqçi və köməkçi məşqçilər komandanın tutduğu yerdən asılı olaraq, fərdi idman növlərində baş məşqçi və köməkçi məşqçilərlə eyni məbləğdə mükafatlandırılırlar.

Daha bir yenilik idmançılara verilən mükafatların hissə-hissə ödənilməsidir. Əvvəlki illərin təcrübəsi göstərir ki, idmançıların böyük məbləğdə mükafatı bir dəfəyə alması bəzi hallarda onların idmançı karyerasını davam etdirməsinə marağı azaldır. Buna görə də onları sonrakı illərdə aktiv idman karyeralarını davam etdirməyə sövq etmək məqsədilə idmançılara verilən mükafatlar mərhələli şəkildə 3 il ərzində ödəniləcək Mükafat eyni zamanda idmançıların bundan sonrakı idman karyerasına dəstək üçün verilir. İdmançılar üçün nəzərdə tutulan mükafatın 40%-i 2022-ci ildə, 30%-i 2023-cü ilin 4-cü rübündə; qalan 30%-i 2024-cü ilin 4-cü rübündə ödəniləcək. İdmançıya antidopinq qayda pozuntusuna görə sanksiya tətbiq olunduğu halda mükafat ödənilməyəcək.

İdmançılar və məşqçilər üçün nəzərdə tutulan mükafatların ödənilməsi 2 kateqoriya üzrə tənzimlənir. Fərdi yarışlarda qazanılan nəticələrə görə, birinci yer üçün mükafat 70 000 manat, ikinci yer üçün 50 000 manat, üçüncü yer üçün 30 000 manat müəyyən edilib. Cütlük, üçlük və ya komanda hesabı proqramı üzrə medal qazanan idmançılar arasında mükafatın məbləği onların sayına uyğun olaraq, bərabər şəkildə bölünür.

Komanda idman növlərində verilən mükafat bir medala görə müəyyənləşdirilərək bölündüyü üçün və bu halda idmançılara düşən məbləğ nisbətən az olduğundan komanda üzvlərinə ayrılan mükafat fərqli yanaşma ilə nəzərə alınıb. Basketbol (3x3), bədii gimnastika (qrup hərəkətləri üzrə komanda) həndbol, futbol və voleybol idman növləri üzrə qazanılan medallara görə, komandanın hər bir üzvünə birinci yer üçün 40 000 manat, ikinci yer üçün 30 000 manat, üçüncü yer üçün isə 20 000 manat ödənilir.

Daha bir yenilik, bölgü zamanı əldə edilən uğurun çətinliyinin nəzərə alınmasıdır. Rəqabətin az olduğu çəki dərəcələrində medal qazanmış idmançılara verilən mükafat 5000 manat təşkil edir.

Fərdi
Azərbaycanın daha bir çimərlik güləşçisi dünya çempionu olub

Azərbaycanın daha bir çimərlik güləşçisi dünya çempionu olub

Fərdi
Tatyana Belova: "Milli Gimnastika Arenasındakı məşqlər bizim üçün böyük təcrübədir"

Tatyana Belova: "Milli Gimnastika Arenasındakı məşqlər bizim üçün böyük təcrübədir"

Fərdi
Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmayıb

Fərdi
Cavanşir Qurbanovun 75 illik yubileyinə həsr olunmuş güləş turnirinin açılış mərasimi keçirilib

Cavanşir Qurbanovun 75 illik yubileyinə həsr olunmuş güləş turnirinin açılış mərasimi keçirilib

Fərdi
Dünya Kuboku: Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

Dünya Kuboku: Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

Fərdi
UFC çempionluq kəmərinin yeni sahibi məlum olub

UFC çempionluq kəmərinin yeni sahibi məlum olub

Fərdi
Azərbaycanda qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb

Azərbaycanda qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha üç sərbəst güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha üç sərbəst güləşçisi mübarizəyə başlayır

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Fərdi
Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib

Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib

Fərdi
Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını 5 medalla başa vurub

Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını 5 medalla başa vurub

Fərdi
Qadın boksçularımız Serbiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Qadın boksçularımız Serbiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər