Azərbaycan millisi Avropa Media Kubokunun qalibi olub - YENİLƏNİB
Azərbaycanın jurnalistlərdən ibarət minifutbol komandası Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən Avropa Media Kubokunun qalibi olub.
"QELEBE.AZ"un məlumatına görə, təmsilçimiz turnirin final matçında Rumınya millisi ilə qarşılaşıblar və 7:4 hesablı qələbə sayəsində ilk dəfə olaraq çempion tituluna yiyələniblər.
Azərbaycanın jurnalistlərdən ibarət minifutbol komandası Avropa Media Kubokunda finala yüksəlib.
"QELEBE.AZ"un məlumatına görə, təmsilçimiz əvvəlcə yer aldığı B qrupunu birinci pillədə başa vurub.
Yığmamız daha sonra yarımfinalda Gürcüstan komandası ilə qarşılaşıb və qələbə qazanıb - 4:2.
Azərbaycanın finaldakı rəqibi Rumıniya yığması olacaq.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-millisi-avropa-media-kubokunun-qalibi-olub-yenilenib.webp











