Rəşad Sadıqov: “Çox “ucuz qollar” buraxırıq”

Rəşad Sadıqov: “Çox “ucuz qollar” buraxırıq”

“Çox “ucuz qollar” buraxırıq. Bunlar xüsusilə də önəmli oyunlarda baş verir. Bilmirəm, psixolojidir, ya nədirsə, bir şəkildə yoluna qoymağa çalışacağıq”.

Bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XII turunda “Neftçi”yə böyük hesablı məğlubiyyətdən sonra CBC Sporta açıqlamasında deyib.

Gənc mütəxəssis rəqibi qələbə münasibətilə təbrik edib: “Neftçi” bizdən daha yaxşı oynadı. Bizdə planladığımız bir çox şey alınmadı. Oyunun gedişində dəyişməyə çalışdıq, ancaq nail ola bilmədik. Rəqib layiqli qələbə qazandı”.

Sadıqov qeyd edib ki, ilk qola qədər hər şey qaydasında olsa da, sonradan oyuna nəzarəti itiriblər: “Planımız işləyirdi. Mərkəzdə topa sahib olub rəqibi əks hücumda tutmağa çalışırdıq. Amma təəssüflər olsun ki, lazımsız top itkilərinə yol verdik. Buraxdığımız qoldan sonra isə toparlanmaq çətin oldu. İkinci hissəyə də pis başlamadıq, buna baxmayaraq, yenə asan qol buraxdıq”.

Növbəti turda oynayacaqları “Qəbələ” ilə matç haqqında qısa danışan baş məşqçi oyunun onlar üçün çox önəmli olduğunu və xüsusi hazırlaşacaqlarını qeyd edib.

Qeyd edək ki, “Zirə” – “Neftçi” matçı qonaqların 3:0 hesablı darmadağını ilə başa çatıb.

Futbol
"Beşiktaş"ın futbolçuları oyundan sonra azarkeşin hücumuna məruz qalıb

"Beşiktaş"ın futbolçuları oyundan sonra azarkeşin hücumuna məruz qalıb

Futbol
Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər

Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər

Futbol
Azərbaycan millisinin sabiq futbolçusu: “Karyeramı bitirirəm”

Azərbaycan millisinin sabiq futbolçusu: “Karyeramı bitirirəm”

Futbol
Çempionlar Liqası: "İnter", "Liverpul" və "Portu" 1/8 finala yüksəlib

Çempionlar Liqası: "İnter", "Liverpul" və "Portu" 1/8 finala yüksəlib

Futbol
Murad Musayev: "Belə oyunlara başqa cür köklənmək lazımdır"

Murad Musayev: "Belə oyunlara başqa cür köklənmək lazımdır"

Futbol
Mbappe cari ildə 50-ci qolunu vurub, Messi və Ronaldunun uğurunu təkrarlayıb

Mbappe cari ildə 50-ci qolunu vurub, Messi və Ronaldunun uğurunu təkrarlayıb

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Futbol
AVRO-2024: Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlanıb

AVRO-2024: Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlanıb

Futbol
Azərbaycan Premyer Liqası: Komandaların hissələr üzrə göstəriciləri - ARAŞDIRMA

Azərbaycan Premyer Liqası: Komandaların hissələr üzrə göstəriciləri - ARAŞDIRMA

Futbol
UEFA "Qarabağ"ın kapitanını təbrik edib

UEFA "Qarabağ"ın kapitanını təbrik edib

Futbol
Bakıda şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş Ənənəvi Futbol Turniri başlayır

Bakıda şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş Ənənəvi Futbol Turniri başlayır

Futbol
Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlanıb

Millətlər Liqasında "Dördlər finalı"nın keçiriləcəyi ölkə açıqlanıb