Bodibildinq üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Bodibildinq üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvan şəhərindəki Gənclik Mərkəzində keçirilən bodibildinq üzrə muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib.

Naxçıvan Muxtar Respublikası (NMR) Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, "Turan" Fitnes Klubunun birgə təşkilatçılığı ilə keçirilən yarış Şərur rayonunun Günnüt kəndində həyatını itirən şəhidlərin xatirəsinə həsr olunub.

Reqlamentə əsasən çıxışlar mens fizik versiyasında 170, 175, 180+ sm boy, klassik versiyada isə 75 kq çəki kateqoriyaları üzrə olub.

Yarışın qalibləri fitnes məşqçisi, bodibildinq üzrə dünya və Avropa çempionu Vüqar Verdiyev, Türkiyə milli komandasının üzvləri Volkan Zülaloğlu və Hüseyn Tabaru, həmçinin əməkdar məşqçi Şəfi Hüseynovdan ibarət münsiflər heyətinin ümumi qərarına əsasən müəyyənləşib.

Qiymətləndirməyə əsasən Kənan Əlirzayev (170 sm), Elnur Tağızadə (175 sm), Əli Bahartaş (180+ sm) və Vəli Əliyev (75 kq) öz kateqoriyalarında qalib adına layiq görülüblər. Əli Bahartaş eyni zamanda yarışın mütləq qalibi seçilib. İlk üç yerin sahibləri diplom, medal və kubokla, digərləri fəxri fərmanla təltif ediliblər.

Qeyd edək ki, mükafatları NMR-in gənclər və idman naziri vəzifələrinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, Türkiyənin NMR-dəki baş konsulu, İranın NMR-dəki konsulu Ruhulla Piribalayi və digərləri təqdim ediblər. Münsiflər heyəti üzvlərinə isə təşəkkürnamələr verilib.

Fərdi
Azərbaycan millisinin sabiq güləşçisi UFC ilə müqavilə imzalayacaq

Azərbaycan millisinin sabiq güləşçisi UFC ilə müqavilə imzalayacaq

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionatında zədəli rəqibini çiynində daşıyıb

Azərbaycan cüdoçusu Avropa çempionatında zədəli rəqibini çiynində daşıyıb

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionu olub

Azərbaycan cüdoçusu Avropa çempionu olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri 5-ci medalı qazanıb

Fərdi
Bakıdakı Dünya Kubokunda ilk finalçı bəlli olub

Bakıdakı Dünya Kubokunda ilk finalçı bəlli olub

Fərdi
Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

Fərdi
Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Fərdi
Azərbaycan avarçəkəni: "Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir"

Azərbaycan avarçəkəni: "Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir"

Fərdi
Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Fərdi
Muxtar Babayev: "Futboldakı təcrübəmi alpinizmdə tətbiq edəcəyəm"

Muxtar Babayev: "Futboldakı təcrübəmi alpinizmdə tətbiq edəcəyəm"

Fərdi
Rusiya təmsilçisi İslam Maxaçev yüngül çəkidə UFC çempionu olub

Rusiya təmsilçisi İslam Maxaçev yüngül çəkidə UFC çempionu olub

Fərdi
Azərbaycanın cüdo yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın cüdo yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb