UEFA nümayəndəsi stadiona görə “Sumqayıt” klubuna iradlar bildirib

UEFA nümayəndəsi stadiona görə “Sumqayıt” klubuna iradlar bildirib

UEFA nümayəndəsi Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Sumqayıt” klubuna Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna görə iradlar bildirib.

Bunu “QELEBE.AZ”a açıqlamasında “gənclik şəhəri” təmsilçisinin mətbuat katibi Zaur Xudiyev deyib.

O, UEFA Konfrans Liqasının II mərhələsində keçirəcəkləri oyun öncəsi stadionla bağlı hələ heç nəyin dəqiq olmadığını söyləyib: “UEFA Konfrans Liqasına II mərhələdən başlayacağıq. Düşünürük ki, ilk oyunumuzu öz stadionumuzda keçirə bilərik. UEFA nümayəndəsi arenanı yoxladı və müəyyən iradlar bildirdi. Hansı ki, aradan qaldırılmayacaq çatışmazlıqlar deyil. Biz 4-cü kateqoriya üçün yoxlama istəmişdik. İndiki halda çox xırda, bir neçə toxunuşla avrokuboklardakı ilk oyunumuzu məhz Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirə bilərik. Mətbuatda UEFA-nın “Sumqayıt”ın stadionuna qadağa qoyması barədə xəbərlər çıxıb. Bu, doğru deyil. Həmçinin 100 faiz burada oynayacağımız da bilinmir. Lakin müəyyən düzəlişlər etdikdən sonra ilk oyunumuzu keçirə biləcəyik”.

Qeyd edək ki, “Sumqayıt” Azərbaycan Premyer Liqasını 57 xalla dördüncü pillədə başa vurub. Komanda UEFA Konfrans Liqasında mübarizəyə II mərhələdən başlayacaq.

Futbol
“Lion” dünya çempionatının bürünc medalçısını transfer edib

“Lion” dünya çempionatının bürünc medalçısını transfer edib

Futbol
"Qarabağ" azarkeşləri stadiona mühafizə xidmətinin müşayiəti ilə gedəcək

"Qarabağ" azarkeşləri stadiona mühafizə xidmətinin müşayiəti ilə gedəcək

Futbol
"Barselona" London klublarından futbolçular transfer edib

"Barselona" London klublarından futbolçular transfer edib

Futbol
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

Futbol
Qurban Qurbanov İlham Əliyevin paylaşımına münasibət bildirib

Qurban Qurbanov İlham Əliyevin paylaşımına münasibət bildirib

Futbol
"Sabah" Futbol Akademiyasında yeni təyinat olub

"Sabah" Futbol Akademiyasında yeni təyinat olub

Futbol
"Qarabağ"ın Antalyadakı yoxlama oyunlarının tarixləri bəlli olub

"Qarabağ"ın Antalyadakı yoxlama oyunlarının tarixləri bəlli olub

Futbol
"The Best": FIFA ötən ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb

"The Best": FIFA ötən ilin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb

Futbol
Azərbaycan millisi Moldova ilə oyunda fasiləyə üstün yollanıb

Azərbaycan millisi Moldova ilə oyunda fasiləyə üstün yollanıb

Futbol
Azərbaycanın əsas millisinin üzvü U-21 yığmasına cəlb olunub

Azərbaycanın əsas millisinin üzvü U-21 yığmasına cəlb olunub

Futbol
"Qarabağ" - "Frayburq" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Frayburq" oyununun biletləri satışa çıxarılıb

Futbol
Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubuna keçib

Azərbaycan millisinin qapıçısı Qazaxıstan klubuna keçib