Çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib
Çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutan tədbirdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının birinci vitse-prezidenti Bəsirət Quliyev və Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev çıxış ediblər.
Onlar yarış iştirakçılarına uğurlar arzulayıblar.
Dünya çempionatında Azərbaycanla yanaşı, Almaniya, Qazaxıstan, Küveyt, Malta, Mərakeş, Nigeriya, Polşa, Türkiyə və Özbəkistan komandaları mübarizə aparacaqlar.
Qeyd edək ki, yarışda milli atlardan istifadə olunacaq. Dünya çempionatının bağlanış mərasimi iyunun 16-da baş tutacaq.

https://mail.qalaba.az//uploads/photo/chovken-uzre-dunya-chempionatinin-achilish-merasimi-kechirilib.webp











