AFFA Məşqçilər Komitəsinin sədri: İstərdim ki, Avropa çempionatında Gürcüstan nağılının sonluğu yaxşı bitsin

AFFA Məşqçilər Komitəsinin sədri: İstərdim ki, Avropa çempionatında Gürcüstan nağılının sonluğu yaxşı bitsin

İstərdim ki, Avropa çempionatında Gürcüstan nağılının sonluğu yaxşı bitsin.

Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis Almaniyada keçirilən Avropa çempionatının başa çatan qrup mərhələsinin oyunları ilə bağı danışıb:

"Vaxt olduqca bütün görüşləri izləməyə çalışıram, baxa bilmədiyim matçların nəticələrini öyrənirəm. Maraqlı turnir izləyirik. Bizi təəccübləndirən hesablar oldu. Qonşu ölkə Gürcüstan yığmasının çıxışını xüsusi qeyd etmək istərdim. Futbolçularda olan komanda ruhu onları irəli aparır. Bu səbəbdən çəkinmədən hər bir rəqibə qarşı mübarizə apara bilirlər. Məşqçi və futbolçular bir məqsəd uğrunda mübarizə aparırlar və bu səbəbdən onların işləri uğurlu alınır".

"Gürcüstan millisi tək nəticə ilə yox, sərgilədiyi oyunla da xoş təsir bağışlayır. Gürcüstanın belə bir uğura imza atması bizi sevindirir. Adətən nağılların sonluğu həmişə maraqlı bitir. İstərdim ki, Gürcüstan nağılının sonluğu da yaxşı bitsin. Pley-offdakı rəqibləri üç oyundan sonra qapısında qol görməyən İspaniya olacaq. Nəticədən asılı olmayaraq, Gürcüstan futbol tarixində yeni səhifə açıb", - deyə V.Sadıqov vurğulayıb.

Azərbaycan yığmasının sabiq baş məşqçisi qardaş ölkə Türkiyə millisinin 1/8 finala vəsiqə qazanmasına da münasibət bildirib:

"Dünən Çexiya üzərində qələbə qazandılar. Pley-offda rəqibləri daha güclü olacaq. Avstriya yığması hər zaman rəqiblərinə başağrı olub. Lakin "ay-ulduzlular"da olan vətənpərvərlik ruhu onlara bu görüşdə uğur qazandıra bilər. Türkiyə millisi AVRO-2008-dən bu yana qrup mərhələsindən çıxa bilməyib. Hər birimiz inanırıq ki, qardaş ölkənin yığması bizi sevindirəcək. Şansları bərabər sayıram. Bu oyunda ələ düşən hər fürsəti qola çevirməlidirlər".

V.Sadıqov AVRO-2024-ün gərgin mübarizə şəraitində keçdiyini və favorit komandaların çoxluq təşkil etdiyini söyləyib:

"Aşkar favorit yığmanın adını çəkmək çətindir. İspaniya, İtaliya, Almaniya, Fransa, İngiltərə və Niderland kimi böyük futbol ölkələrinin komandalarının ifasında maraqlı görüşlər izləyirik. Portuqaliya yığmasını da xüsusi qeyd etmək istəyirəm. 2016-cı ildə olduğu kimi yenidən çempion ola bilərlər. Baxmayaraq ki, dünən Gürcüstan millisinə məğlub oldular. Bundan başqa, İngiltərə yığması söz-söhbətlərə son qoya bilər. Hər Avropa çempionatı öncəsi onların qarşısına çempion olmaq məqsədi qoyulsa da, alınmır. Bəlkə AVRO-2024 onlar üçün düşərli olar".

Qeyd edək ki, 1/8 final mərhələsinin qarşılaşmaları 29 iyun - 2 iyul aralığında baş tutacaq. AVRO-2024 iyulun 14-də başa çatacaq.

Futbol
KİV: Braziliya futbolçuları arasında virus yayılıb

KİV: Braziliya futbolçuları arasında virus yayılıb

Futbol
İspaniya millisi 19 ildən sonra doğma meydanda məğlub olub

İspaniya millisi 19 ildən sonra doğma meydanda məğlub olub

Futbol
"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edib

"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edib

Futbol
Acınacaqlı vəziyyətdə olan Zərdab rayon mərkəzi stadionu

Acınacaqlı vəziyyətdə olan Zərdab rayon mərkəzi stadionu

Futbol
Premyer Liqa: "Zirə" "Şamaxı"nı məğlub edib

Premyer Liqa: "Zirə" "Şamaxı"nı məğlub edib

Futbol
Ten Haq “Mançester Yunayted”lə tarixi nəticəyə imza atıb

Ten Haq “Mançester Yunayted”lə tarixi nəticəyə imza atıb

Futbol
Millətlər Liqası: Türkiyə B liqasına yüksəlib

Millətlər Liqası: Türkiyə B liqasına yüksəlib

Futbol
Şimali Makedoniya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Şimali Makedoniya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Futbol
DÇ-2022: Argentina Xorvatiyanı böyük hesabla məğlub edərək finala çıxıb

DÇ-2022: Argentina Xorvatiyanı böyük hesabla məğlub edərək finala çıxıb

Futbol
Fatih Terim: "Baş məşqçilik karyeramı bərpa edə bilərəm"

Fatih Terim: "Baş məşqçilik karyeramı bərpa edə bilərəm"

Futbol
2022-ci ilin ən çox maaş alan futbolçusu açıqlanıb

2022-ci ilin ən çox maaş alan futbolçusu açıqlanıb

Futbol
Azərbaycan əsilli futbolçu və onun ailəsi İranda təhdid olunub

Azərbaycan əsilli futbolçu və onun ailəsi İranda təhdid olunub