"Sumqayıt"ın kapitanı: "Hər legioner Azərbaycan çempionatında baş çıxara bilmir"

"Sumqayıt"ın kapitanı: "Hər legioner Azərbaycan çempionatında baş çıxara bilmir"

"Artıq legioner futbolçularımız var. Nəticələrimiz isə ürəkaçan deyil. Bizim çempionat çox çətindir, hər gələn burada baş çıxara bilmir".

Bunu "Report"a açıqlamasında "Sumqayıt"ın futbolçusu Vurğun Hüseynov komandanın Azərbaycan Premyer Liqasındakı çıxışı barədə danışarkən deyib.

Kapitan əcnəbi oyunçuların uyğunlaşmaqla bağlı probleminin olmasını istisna etməyib: "İnanıram ki, qarşıdakı turlarda onların ifasında daha yaxşı qarşılaşmalar görəcəyik. Hər görüş bizim üçün finala bərabərdir. Bacarıdığımız qədər yuxarı pillələrə qalxmaq istəyirik".

Təcrübəli müdafiəçi "Zirə"yə 0:2 hesabı ilə uduzduqları XI tur matçı barədə də danışıb: "Oyuna yaxşı hazırlaşmışdıq. İstəyimiz evdə qələbə qazanmaq idi. Ani diqqətsizlikdən qapımızda qollar gördük və məğlub olduq.

Hüseynov "Şamaxı" ilə birlikdə 4 xalla 9-10-cu sıraları bölüşdürmələrinə də münasibət bildirib: "Bu, bizə yaraşan yer deyil. Növbəti turlarda daha yuxarı pillələrdə olacağıq. Çatışmayan cəhətlərimiz çoxdur. Baş məşqçi Samir Abasov da bunu bilir. Demək olar ki, hər məşqdə səhvlərimiz üzərində işləyirik. Növbəti matçlarda daha yaxşı nəticələr qazanacağıq".

O, "gənclik şəhəri" təmsilçisinin belaruslu mütəxəssis Aleksey Baqa ilə yollarını ayırmasına da toxunub: "Onunla heç bir narazılığımız olmayıb. İstefaya göndəriləndə komanda şəklində bizimlə görüşdü və uğurlar arzuladı. Biz də ona gələcək karyerasında uğurlar dilədik. Artıq yeni baş məşqçimiz var. Hər mütəxəssisin öz taktikası, sistemi olur. Baş məşqçinin bunları komandaya aşılamağı üçün vaxt lazımdır. Növbəti görüşlərdə daha baxımlı futbol sərgiləyən "Sumqayıt" görəcəksiniz".

Tovuz şəhərindən olan futbolçu növbəti turda "Turan Tovuz"la matç barədə fikirlərini bölüşüb: "Uzun fasilədən sonra bu şəhərdə oynamaq mənim üçün xoşdur. Komandanın Premyer Liqaya dönməyi tovuzlu kimi məni sevindirdi. Amma biz rəqibik. Mən də öz komandamın qələbəsi üçün ən yaxşısını etməyə çalışacağam".

34 yaşlı oyunçu hələlik karyerasını bitirmək haqqında düşünmədiyini sözlərinə əlavə edib: "Özümü yaxşı hiss edirəm. 1-2 mövsüm də oynamaq niyyətindəyəm. Gücüm olmadığını hiss edəndə futbolla vidalaşacağam. Karyeramı bitirəndən sonra isə nə edəcəyim barədə düşünməmişəm".

Futbol
"Olimpiakos" Marselonu "Qarabağ"la oyunlar üçün sifariş edib

"Olimpiakos" Marselonu "Qarabağ"la oyunlar üçün sifariş edib

Futbol
"Qarabağ"ın futbolçusu: "Layiqli qələbə qazandıq"

"Qarabağ"ın futbolçusu: "Layiqli qələbə qazandıq"

Futbol
DÇ-2022: Mərakeş - Xorvatiya oyunu başlayıb

DÇ-2022: Mərakeş - Xorvatiya oyunu başlayıb

Futbol
Braziliya millisinin və "Atletiko"nun sabiq futbolçusu karyerasını bitirib

Braziliya millisinin və "Atletiko"nun sabiq futbolçusu karyerasını bitirib

Futbol
DÇ-2022: Xorvatiyaya uduzan Braziliya mundialla vidalaşıb

DÇ-2022: Xorvatiyaya uduzan Braziliya mundialla vidalaşıb

Futbol
Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək

Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u qəbul edəcək

Futbol
Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə edib

Əliyar Ağayev Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə edib

Futbol
Tərlan Əhmədov: "Artıq yorulmuşuq"

Tərlan Əhmədov: "Artıq yorulmuşuq"

Futbol
"Barselona" "Real Madrid"i yenərək İspaniya Superkubokunun qalibi olub

"Barselona" "Real Madrid"i yenərək İspaniya Superkubokunun qalibi olub

Futbol
“Qarabağ” ardıcıl qələbə sayında Avropa rekordçusudur

“Qarabağ” ardıcıl qələbə sayında Avropa rekordçusudur

Futbol
PSJ-nin prezidenti dünya ulduzlarının iştirakı ilə oyun təşkil etmək istəyir

PSJ-nin prezidenti dünya ulduzlarının iştirakı ilə oyun təşkil etmək istəyir

Futbol
"Qarabağ"ın kapitanı: "Bu qələbə əsgərlərimizin zəfərinin yanında dəyərsizdir"

"Qarabağ"ın kapitanı: "Bu qələbə əsgərlərimizin zəfərinin yanında dəyərsizdir"