Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılarla görüş keçirilib
Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılarla görüş təşkil olunub,
"Report"un məlumatına görə, tədbir Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə “Sea Breeze” ərazisində yerləşən “Costa Coffee” məkanında baş tutub.
Toplantıda MOK-in vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmi qonaqlar ştirak ediblər.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan 48 idmançı ilə təmsil olunacaq. Oyunların açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.

https://mail.qalaba.az//uploads/photo/paris-2024-yay-olimpiya-oyunlarina-vesiqe-qazanan-idmanchilarla-gorush-kechirilib.webp











