Emreli oynamadı, komandası məğlub oldu

Emreli oynamadı, komandası məğlub oldu

Almaniya II Bundesliqasında XXX turun oyunları keçirilir.

QELEBE.AZ xəbər verir ki, bu gün Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" səfərdə "Kiel"in qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Kayzerslautern" 46 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Mahir bu matçda iştirak etməyib. 29 yaşlı hücumçu sona qədər ehtiyatda qalıb.