Azərbaycan və İsrail yığmaları Avropa birinciliyinə Bakıda birgə hazırlaşır - FOTO

Azərbaycan və İsrail yığmaları Avropa birinciliyinə Bakıda birgə hazırlaşır - FOTO

Yeniyetmə boksçulardan ibarət İsrail millisi Azərbaycanda səfərdədir.

Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, qonaqlar Bakı Boks Mərkəzində Avropa birinciliyinə hazırlaşan yığma komandamızla birgə məşq edir.

9 idmançıdan ibarət heyətlə ölkəmizə gələn israillilər təlim-məşq toplanışı çərçivəsində Azərbaycan millisinin üzvləri ilə sınaq döyüşlərində də güclərini yoxlayırlar. Komandalar 10 gün birgə hazırlıq keçəcəklər.

İsrail yığmasının böyük məşqçisi Valeri İlyayev ölkəmizdə onlara göstərilən qonaqpərvərlikdən razı qaldığını vurğulayıb. Azərbaycanda doğulan təcrübəli mütəxəssisin sözlərinə görə, Bakıya səfər və buradakı yoldaşlıq döyüşləri komandasında yer alan yeniyetmə boksçulara təcrübə baxımından çox faydalı olacaq: “Azərbaycan yığması dünyanın ən yaxşılarındandır. Biz burada hər şeydən razıyıq və hazırlıq keçmək üçün hər şey ən yüksək səviyyədədir. Komandamızı Azərbaycana dəvət etdiyi üçün federasiyaya dərin təşəkkürümü bildirirəm. Həmçinin millinizin məşqçilər korpusu bizimlə birgə təcrübəsini bölüşdüyü üçün onlara da minnətdaram. Bu hazırlıq Avropa birinciliyində uğurlu çıxışa hesablanıb. İnanıram ki, iki qardaş ölkənin birgə təlim-məşq toplanışı qarşıdakı yarışda hər bir boksçu üçün çox faydalı olacaq”.

Azərbaycan yığmasının baş məşqçisi Vaqif Kazımov da birgə hazırlığın gələcək uğurlar üçün faydalı olacağını vurğulayıb. O qeyd edib ki, məhz belə toplanışlarda boksçuların güclü və zəif cəhətləri daha çox nəzərə çarpır, onlar üzərində xüsusi işlənilir.

Qeyd edək ki, Avropa birinciliyi sentyabrın 25-dən oktyabrın 5-dək Montesilvano şəhərində keçiriləcək.

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTOLENT

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTOLENT

Döyüş növləri
Azərbaycan boksçuları Millətlər kubokunda mübarizə aparacaq

Azərbaycan boksçuları Millətlər kubokunda mübarizə aparacaq

Döyüş növləri
Azərbaycan və İsrail yığmaları Avropa birinciliyinə Bakıda birgə hazırlaşır - FOTO

Azərbaycan və İsrail yığmaları Avropa birinciliyinə Bakıda birgə hazırlaşır - FOTO

Döyüş növləri
Nağı Səfərov: “Əsas hədəfimiz Bakıda keçiriləcək dünya çempionatıdır”

Nağı Səfərov: “Əsas hədəfimiz Bakıda keçiriləcək dünya çempionatıdır”

Döyüş növləri
Azərbaycan taekvondoçuları Eyndhovendə 7 medal qazanıb

Azərbaycan taekvondoçuları Eyndhovendə 7 medal qazanıb

Döyüş növləri
Avropa çempionatının finalçısı mərhələ adlayıb

Avropa çempionatının finalçısı mərhələ adlayıb

Döyüş növləri
Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 15 ilin rekordunu vurub

Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 15 ilin rekordunu vurub

Döyüş növləri
Azərbaycan boksçularının Avropa birinciliyində ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının Avropa birinciliyində ilk rəqibləri bəlli olub

Döyüş növləri
Vüsal Nəsirli: “Məqsədimiz maksimal sayda lisenziya əldə edib, Olimpiadadan medallarla qayıtmaqdır”

Vüsal Nəsirli: “Məqsədimiz maksimal sayda lisenziya əldə edib, Olimpiadadan medallarla qayıtmaqdır”

Döyüş növləri
Azərbaycanın 17 taekvondoçusu Avropa birinciliyində iştirak edəcək

Azərbaycanın 17 taekvondoçusu Avropa birinciliyində iştirak edəcək

Döyüş növləri
Azərbaycan yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Döyüş növləri
FHN idmançıları yüksək nəticələr qazanıb - FOTO

FHN idmançıları yüksək nəticələr qazanıb - FOTO