Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub - FOTO

Taekvondo Federasiyasında qalib parataekvondoçularla görüş olub - FOTO

Azərbaycan Taekvondo Federasiyasında (ATF) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada parataekvondo üzrə Qran-pri yarışlarının final mərhələsində 2 qızıl medal qazanan milli komanda ilə görüş keçirilib.

ATF-dən apasport.az saytına verilən məlumata görə, görüşdə qurumun vitse-prezidenti Nağı Səfərov, baş katib Həmdiyyə Məmmədov, İdarə Heyətinin üzvü Vüqar Məmmədov, Nəzarət-Təftiş Komitəsinin sədri Bəxtiyar Mirzəliyev, yığmanın baş məşqçisi Fərid Tağızadə və komanda üzvləri iştirak ediblər.

Nağı Səfərov ili uğurla başa vuran parataekvondoçuları təbrik edib. O bildirib ki, komanda hazırda yaxşı formadadır və bu, növbəti qələbələrin bir-birini əvəzləyəcəyinə böyük inam yaradır.

Vüqar Məmmədov seçilib dəvət edilən parataekvondoçular arasında bu nəticəni göstərməyi böyük uğur adlandırıb. O qeyd edib ki, qızıl medallar Paralimpiadada da Azərbaycan himninin səslənəcəyindən xəbər verir.

Baş məşqçi Fərid Tağızadə komandanın hazırkı durumundan danışıb və hər bir yetirməsinə böyük ümid bəslədiyini deyib. O, səhvlər üzərində daha çox çalışacaqlarını, qatılacaqları yarışlarda inamlı çıxış edəcəklərini vurğulayıb.

Bəxtiyar Mirzəliyev Qran-prinin final mərhələsində əldə olunan medalları çəkilən əziyyətin bəhrəsi kimi dəyərləndirib.

Qızıl medalları qazanan Sabir Zeynalov (58 kq, K-44) və İmaməddin Xəlilov (70 kq, K-44) isə döyüşlərindən danışıblar. Onlar bunun davamlı olması üçün daha səylə məşq edəcəklərini söyləyiblər.

Döyüş növləri
Beynəlxalq Cüdo Federasiyası Rusiyanı yarışdan kənarlaşdırıb

Beynəlxalq Cüdo Federasiyası Rusiyanı yarışdan kənarlaşdırıb

Döyüş növləri
FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi olub

FHN Akademiyasının kursantı Respublika Kubokunun qalibi olub

Döyüş növləri
Azərbaycanın 3 boksçusu ABŞ-da beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın 3 boksçusu ABŞ-da beynəlxalq turnirdə finala yüksəlib

Döyüş növləri
Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb - FOTO

Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb - FOTO

Döyüş növləri
Taekvondo üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Taekvondo üzrə Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatına yekun vurulub - FOTOLENT

Boks üzrə Azərbaycan çempionatına yekun vurulub - FOTOLENT

Döyüş növləri
Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub

Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub

Döyüş növləri
Azərbaycan çempionatında finala yüksələn boksçular müəyyənləşib - FOTOLENT

Azərbaycan çempionatında finala yüksələn boksçular müəyyənləşib - FOTOLENT

Döyüş növləri
FHN idmançısı Avropa çempionatının qalibi olub

FHN idmançısı Avropa çempionatının qalibi olub

Döyüş növləri
Azərbaycan boksçuları Serbiyada beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları Serbiyada beynəlxalq turnirdə iştirak edəcək

Döyüş növləri
Azərbaycanın ən güclü taekvondoçuları müəyyənləşib - FOTOLENT

Azərbaycanın ən güclü taekvondoçuları müəyyənləşib - FOTOLENT

Döyüş növləri
Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb

Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb