Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 17 ilin rekordunu vurub

Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 17 ilin rekordunu vurub

Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi başa çatıb.

Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın sonuncu günündə Azərbaycan millisi aktivinə daha 2 qızıl, 1 gümüş və 1 bürünc medal əlavə edib.

Yığma üzvü İlyas Hətəmli yarışda mübarizəyə Ouen Haddadla (Fransa) başlayıb. 37 kq kq çəki dərəcəsində qüvvəsini sınayan taekvondoçumuz 1/4 finalda serbiyalı Pavle Svetkoviçə də heç bir şans verməyib. Yarımfinalda Konstantinos Tsaqkournosu (Yunanıstan) da məğlub edən Hətəmli finalda Viktor Videla (İspaniya) ilə üz-üzə gəlib. Gərgin keçən döyüş təmsilçimizin qələbəsi ilə başa çatıb. Bütün rəqiblərinə qalib gələn idmançı çempion tituluna yiyələnib.

Onun uğurunu Vasif Səlimov (53 kq) da təkrarlayıb. O, Svyatoslav Moskovtsev (Estoniya), Stanislav Mitkov (Bolqarıstan), Nolhan Rosemont (Fransa) və Nüsrət Efe Çakıra (Türkiyə) qalib gələrək finala yüksəlib. Səlimov həlledici görüşdə də dayanqdan qalib ayrılıb. Finalda Qabriel Rosato (İtaliya) üzərində qələbə qazanan milli üzvü qızıl medala yiyələnib.

Elcan Əliyev (65 kq) Bilgin Abdullah (Almaniya), Dimos Pistolas (Yunanıstan) və Nikola Vitkovici (Serbiya) məğlub edib. O, finalda Ahmet Ceylanla (Türkiyə) qarşılaşıb. Rəqib üstün olduğundan Əliyev gümüş medala layiq görülüb.

Millimizə digər mükafatı Fuad Məhərləmli qazandırıb. 45 kq çəkidə döyüşən idmançı debütdə Batu Özkanı (Almaniya) yarışdan kənarlaşdırıb. O, 1/4 finalda Artyom Roskaya (Moldova) da gücünü göstərib. Həmyerlimiz yarımfinalda Kristos Bakaleksiklə (Yunanıstan) qarşılaşıb. Görüş rəqibin xeyrinə bitib və Məhərrəmli yarışı bürünc medalla başa vurub.
Beləliklə, yığmamız Avropa birinciliyini 3 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Bu göstərici Azərbaycan taekvondo tarixində son 17 ilin rekordudur.

Milli 8 medalla həm oğlanların, həm də ümumu komanda hesabında qitənin 3-cüsü olub. Yığmanın heyətində daha öncə Zəhra İsayeva (29 kq) qızıl, Xuraman Cavadzadə (37 kq) gümüş, Mehdi Budaqlı (33 kq) və Bahadur Dostuyev (49 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, komandamız noyabrın 30-da Bakıya qayıdacaq.

Döyüş növləri
İBA Rusiya və Belarus boksçularını yarışlara qaytarıb

İBA Rusiya və Belarus boksçularını yarışlara qaytarıb

Döyüş növləri
Azərbaycan birinciliyində 66 komandadan 326 boksçu mübarizə aparacaq

Azərbaycan birinciliyində 66 komandadan 326 boksçu mübarizə aparacaq

Döyüş növləri
Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 15 ilin rekordunu vurub

Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 15 ilin rekordunu vurub

Döyüş növləri
Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib

Azərbaycan boksçusu Avropa çempionatında medalı təmin edib

Döyüş növləri
Şəhid olanlar arasında Azərbaycan boksçusu da var

Şəhid olanlar arasında Azərbaycan boksçusu da var

Döyüş növləri
Azərbaycan boksçusu dünya çempionatında ikinci qələbəsini qazanıb

Azərbaycan boksçusu dünya çempionatında ikinci qələbəsini qazanıb

Döyüş növləri
Azərbaycan Avropa çempionatına 5 boksçu ilə qatılacaq

Azərbaycan Avropa çempionatına 5 boksçu ilə qatılacaq

Döyüş növləri
Erməni boksçu Məsud Yusifzadə ilə döyüşə çıxmayıb

Erməni boksçu Məsud Yusifzadə ilə döyüşə çıxmayıb

Döyüş növləri
Azərbaycan parataekvondoçuları 2 qızıl medal qazanıb - FOTO

Azərbaycan parataekvondoçuları 2 qızıl medal qazanıb - FOTO

Döyüş növləri
Azərbaycanlı taekvondoçu: “Hədəfim Olimpiya Oyunların qızıl medalını qazanmaqdır”

Azərbaycanlı taekvondoçu: “Hədəfim Olimpiya Oyunların qızıl medalını qazanmaqdır”

Döyüş növləri
Azərbaycan boksçularının dünya reytinqindəki yeri açıqlanıb

Azərbaycan boksçularının dünya reytinqindəki yeri açıqlanıb

Döyüş növləri
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib

Azərbaycan güləşçisi erməni rəqibini məğlub edib