“Araz-Naxçıvan”ın baş məşqçisi: Yəqin ki, legioner gətirməyəcəyik, komandadan da gedənlər olacaq

“Araz-Naxçıvan”ın baş məşqçisi: Yəqin ki, legioner gətirməyəcəyik, komandadan da gedənlər olacaq

Yəqin ki, legioner gətirməyəcəyik, bu, çətin məsələdir. Amma komandadan da gedənlər olacaq.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Araz-Naxçıvan” futzal klubunun baş məşqçisi Vitali Borisov planlar barədə danışarkən deyib.

Mütəxəssis yerli futzalçıları heyətə cəlb etməyin çətinliyindən danışıb:

“Komandada hansı dəyişikliklərin olacağı ilə bağlı konkret plan yoxdur. Bu yaxınlarda rəhbərliklə görüşməliyəm. Azərbaycan çempionatına hazırlaşacağıq. Komandaya bir neçə günlük istirahət vermişdim. Çempionlar Liqasında iştiraka görə 1 aylıq icarəyə götürdüyümüz futzalçılar var idi. Çox güman, onlarla vidalaşacağıq. Ancaq sırf azərbaycanlı uşaqları heyətə cəlb etmək çox çətindir. Yığma üzvləri “Neftçi”, “Baku Fire” kimi klublarda çıxış edirlər. İndiki vəziyyətdə onları dəvət etməyimiz mümkün deyil. Çünki klubları ilə müqavilələri var və ölkə çempionatına hazırlaşırlar”.

O, yenidən Azərbaycan çempionu olmaq istədiklərini vurğulayıb:

“Araz-Naxçıvan”ın həmişə bir məqsədi olub - Azərbaycan çempionu olmaq. Düzdür, digər komandalar da güclənirlər, yaxşı heyətləri var. Əvvəlcədən heç nə demək olmur. Biz məqsədimizə çatmaq üçün oynayacağıq. Çempionatdakı əsas rəqiblərimiz “Neftçi” ilə “Baku Fire” olacaq”.

Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Araz-Naxçıvan" yer aldığı H qrupunda ikinci yeri tutaraq əsas mərhələyə vəsiqə qazana bilməyib. Vitali Borisovun komandası ilk qarşılaşmada Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”a 7:1, ardınca Estoniya çempionu “Sillamae Silla”ya 7:0 hesabı ilə qalib gəlib, həlledici görüşdə isə İsveçin “Uddevalla” klubuna uduzub - 3:4.

Futbol
UEFA “Qarabağ”ın müraciətinə cavab verib

UEFA “Qarabağ”ın müraciətinə cavab verib

Futbol
Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Futbol
Lionel Messi ilin idmançısı seçilib

Lionel Messi ilin idmançısı seçilib

Futbol
CAS Nurlan İbrahimovla bağlı qərarı qüvvədə saxlayıb

CAS Nurlan İbrahimovla bağlı qərarı qüvvədə saxlayıb

Futbol
“Sevilya” İsko ilə müqaviləni ləğv edib

“Sevilya” İsko ilə müqaviləni ləğv edib

Futbol
Ramil Şeydayev Mbappe və Keynə şərik çıxıb

Ramil Şeydayev Mbappe və Keynə şərik çıxıb

Futbol
"Olimpiakos" əzmkar qələbə ilə 2-ci pilləyə yüksəlib

"Olimpiakos" əzmkar qələbə ilə 2-ci pilləyə yüksəlib

Futbol
İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq

İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq

Futbol
Canluka Vialli vəfat edib

Canluka Vialli vəfat edib

Futbol
UEFA Avropa Liqası: Daha yeddi komanda növbəti mərhələyə vəsiqə qazana bilər

UEFA Avropa Liqası: Daha yeddi komanda növbəti mərhələyə vəsiqə qazana bilər

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə qalib gəlib

Futbol
Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub

Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub