“AzNur”un baş məşqçisi: Çempionlar Liqasında oyunlara ikiqat məsuliyyətlə çıxacağıq

“AzNur”un baş məşqçisi: Çempionlar Liqasında oyunlara ikiqat məsuliyyətlə çıxacağıq

Çətin olacaq, oyunlara ikiqat məsuliyyətlə çıxacağıq.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edəcək “AzNur” komandasının baş məşqçisi Rəcəb Fərəczadə deyib.

O, təlim-məşq toplanışının davam etdiyini deyib:

“Bir aydır məşqlərə başlamışıq. İlk həftədə oyunçu seçməyə, heyəti formalaşdırmağa çalışdıq. Sonra fiziki hazırlığa başladıq. Ardınca taktiki hazırlıq oldu. Son iki gündə yoldaşlıq matçları keçirdik. Dünən “Birbaşa Bakı” ilə oynadıq. Bu gün daha bir görüş keçirəcəyik. Yoldaşlıq matçında uşaqlardan o qədər də razı qalmadım. Azərbaycan çempionatında meydan tam fərqli ölçüdədir. Amma yoldaşlıq görüşü keçirdiyimiz “ASK Arena”nın meydançası həm uzun, həm də enli idi. Uşaqlar bir qədər çaşıb qalmışdılar. Çünki ilboyu eyni meydançada oynamağa öyrəşmişik. Yenə də “Birbaşa Bakı”ya təşəkkür edirəm ki, arenanın əsas meydançasında oyun təşkil etdilər. Bu, həm onlara, həm də bizə lazımdır. Səhvlərimiz üzərində işləyəcəyik”.

Futzal millimizin sabiq üzvü heyətdə çatışmazlıqların olduğunu vurğulayıb:

“Əsas oyunçularımızın bəziləri zədəlidir. Çalışacağıq ki, oyuna qədər onları sağaldaq və tam hazır olub komandaya kömək etsinlər. Heyətdə dəyişikliklər gözlənilmir. Bu, Çempionlar Liqasında qeydə alınacaq nəticələrdən asılı olacaq. Turnirdən qayıtdıqdan sonra planda bir neçə dəyişiklik nəzərdə tutmuşam, amma dəqiq heç nə deyə bilmirəm. Uşaqların performansından da çox şey asılıdır. Dəyişiklik üçün yetərincə vaxtımız olacaq”.

R.Fərəczadə rəqiblər haqda heç bir məlumata malik olmadığını da diqqətə çatdırıb:

“Rəqiblərimiz dünən bəlli olub. Bu gündən onlar barədə informasiya toplamağa başlayacağam. Kor-koranə oynamaq çətin olar. Öz ölkələrinin ən yaxşı komandalarıdır. Azərbaycanı maksimum dərəcədə yaxşı təmsil etməyə çalışacağıq”.

Qeyd edək ki, "AzNur" Çempionlar Liqasında "Andezit" (Ukrayna), "Qalport Svieçe" (Polşa) və "Piopios Bayonne" (Fransa) kollektivləri ilə qarşılşacaq. Turnir sentyabrda Polşanın paytaxtı Varşavada gerçəkləşəcək.

Futbol
Obameyanq "Çelsi"yə keçib

Obameyanq "Çelsi"yə keçib

Futbol
Azərbaycan Premyer Liqası: "Qəbələ" baxımlı qolla "Zirə"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Qəbələ" baxımlı qolla "Zirə"yə qalib gəlib

Futbol
Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Futbol
Azərbaycan millisinin rəqibində qeyri-müəyyənlik hökm sürür

Azərbaycan millisinin rəqibində qeyri-müəyyənlik hökm sürür

Futbol
Fransalı hücumçu "Barselona"nın tarixinə düşüb

Fransalı hücumçu "Barselona"nın tarixinə düşüb

Futbol
Çempionlar Liqası: "İnter" 1/8 finalda, "Barselona" qrupda qalıb

Çempionlar Liqası: "İnter" 1/8 finalda, "Barselona" qrupda qalıb

Futbol
Konfrans Liqası: Qrup mərhələsi start götürür

Konfrans Liqası: Qrup mərhələsi start götürür

Futbol
AFFA “Kəpəz”in apellyasiya şikayətini təmin etməyib

AFFA “Kəpəz”in apellyasiya şikayətini təmin etməyib

Futbol
Qətərdə Dünya Çempionatında daha bir jurnalist ölüb

Qətərdə Dünya Çempionatında daha bir jurnalist ölüb

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq mərhələ adlayıb

Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq mərhələ adlayıb

Futbol
"Qarabağ"la oyundan öncə "Frayburq"da zədəlilərin durumuna aydınlıq gəlib

"Qarabağ"la oyundan öncə "Frayburq"da zədəlilərin durumuna aydınlıq gəlib

Futbol
Azərbaycan Kuboku: "Qəbələ" "Qarabağ"a qalib gələrək yarımfinala yüksəlib

Azərbaycan Kuboku: "Qəbələ" "Qarabağ"a qalib gələrək yarımfinala yüksəlib