"Arsenal" futbolçusunu icarəyə verib
İngiltərənin "Arsenal" klubu futbolçusu Riss Nelsonu Premyer Liqanın digər təmsilçisi "Fulhem"ə icarəyə verib.
"QELEBE.AZ" "Topçular"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı vinger 2024/2025 mövsümünün sonuna qədər "Fulhem"in formasını geyinəcək.
Qeyd edək ki, ötən mövsüm R.Nelson "Arsenal"ın heyətində bütün turnirlərdə 24 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

https://mail.qalaba.az//uploads/photo/arsenal-futbolchusunu-icareye-verib.webp











