Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.
"QELEBE.AZ"un məlumatına görə, sonuncu matçda "Zirə" "Qarabağ"ı qəbul edib.
Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 3:1. Qonaqların heyətində 18-ci dəqiqədə Toral Bayramov, 33-cü dəqiqədə Emmanuel Addai, 88-ci dəqiqədə Abdullah Zubir fərqləniblər. Paytaxt klubunda 40-cı dəqiqədə Ceyhun Nuriyev adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Qarabağ" üçüncü pilləyə yüksəlib. "Zirə" 6 xalla beşincidir.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Sabah" səfərdə "Kəpəz"i (3:2), "Araz-Naxçıvan" "Sumqayıt"ı (1:0), "Turan Tovuz" isə evdə "Səbail"i (1:0) məğlub edib. "Şamaxı" - "Neftçi" görüşündə hesab açılmayıb.

https://mail.qalaba.az//uploads/photo/premyer-liqa-qarabag-zireni-meglub-edib.webp











