AMİNA-nın prezidenti: Dünya Köçəri Oyunlarında idmançılarımıza qarşı hakim ədalətsizliyi çox oldu

AMİNA-nın prezidenti: Dünya Köçəri Oyunlarında idmançılarımıza qarşı hakim ədalətsizliyi çox oldu

İdmançılarımıza qarşı hakim ədalətsizliyi çox oldu.

Bunu "QELEBE.AZ"a açıqlamasında Milli İdman Növləri Assosiasiyasının (AMİNA) prezidenti Kazım Qurbanov Qazaxıstanın paytaxtı Astanada keçirilmiş V Dünya Köçəri Oyunları ilə bağlı danışarkən deyib.

AMİNA rəsmisi bu halla digər ölkələrin də üzləşdiyini bildirib:

"Əsasnaməyə görə hər çəkidə ölkənin bir təmsilçisi yer ala bilərdi. Amma yerli idmançılar buna məhəl qoymurdular. Onlar iki nəfərlə mübarizə aparırdılar. Təşkilat Komitəsinə də bildirdik, amma dinləmədən öz bildiklərini etdilər. Video materiallarda da təqdim etmişik. Qələbə qazandığı anda belə uduzdurulan təmsilçilərimiz oldu. Bu, tək bizə qarşı deyildi. Türkiyə turnirə 89 idmançı ilə qatılmışdı. Amma 6 medalla kifayətləndilər. Medal sayına görə 89 ölkə arasında 9-cu yeri tutduq. Türkiyə təmsilçiləri manqala növündə mükafat əldə edə bilmədilər. Bu, onların milli növləridir. Bunların hamısı Təşkilat Komitəsinə çatdırıldı və bizə söz verdilər ki, növbəti yarışda bu cür haqsızlıqlar olmayacaq. Amma məyusluğumuzu çatdırdıq və söylədik ki, Köçəri Oyunlarının inkişafına birlikdə nail olmalıyıq".

Kazım Qurbanov bəzi aparıcı idmançıların məhz bu səbəbdən mükafatçılar sırasına düşə bilmədiyini vurğulayıb:

"Hakimlərin ədalətsizliyi bizi bu hala saldı. İki il əvvəl Dünya Köçəri Oyunlarında 21 mükafat əldə etmişdik. Onlardan beşi qızıl, səkkizi gümüş, səkkizi isə bürünc idi. Növbəti oyunları qarşımıza hədəf qoymuşuq. Bəzi təmsilçilərimiz gözlənilməz nəticələr əldə etdilər. İkisi isə zədələndi. Amma hər idman növündə ədalətsizliklərin olduğunu söyləyirdik. Səhv etmirəmsə, Qazaxıstan yarışı 112 medalla başa vurdu".

O, buna baxmayaraq, turnirin açılış mərasiminin möhtəşəm alındığını diqqətə çatdırıb:

"Astanada ölkələrin təqdimatı çox gözəl idi. Azərbaycana hörmət və diqqəti xüsusi vurğulamaq istəyirdim. Təmsilçilərimiz ölkəmizin musiqisinin sədası altında paraddan keçdilər. Bir neçə ölkə başçısı da sözügedən açılış mərasimində iştirak edirdi. 89 ölkədən 3000-ə yaxın idmançı yarışa qatılmışdı".

Qeyd edək ki, Azərbaycan təmsilçiləri V Dünya Köçəri Oyunlarında 2 gümüş, 5 bürünc medal əldə ediblər.

Fərdi
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında medal qazanıb

Azərbaycanın iki şahmatçısı Avropa çempionatında medal qazanıb

Fərdi
Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurub

Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurub

Fərdi
Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"

Kəramət Hüseynov: "Qızıl medal qazanmaq istəyirdim, qismət olmadı"

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Fərdi
Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib

Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabat konfransı keçirilib

Fərdi
17 yaşlı idmançı UFC tarixinin ən gənc döyüşçüsü olub

17 yaşlı idmançı UFC tarixinin ən gənc döyüşçüsü olub

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisinin tarixi yenidən dəyişdirilib

"Formula 1": Azərbaycan Qran-prisinin tarixi yenidən dəyişdirilib

Fərdi
Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov Karlsenə uduzub

Fərdi
Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
Azərbaycan çempionatı: Sərbəst güləş üzrə 5 çəkidə qaliblər müəyyənləşib

Azərbaycan çempionatı: Sərbəst güləş üzrə 5 çəkidə qaliblər müəyyənləşib