Basketbol hakimləri üçün seminar baş tutub

Basketbol hakimləri üçün seminar baş tutub

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə yeni mövsüm ərəfəsində hakimlər üçün yekun seminar baş tutub.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Tədbir sentyabrın 21-22-də Zuğulba tədris idman bazasında gerçəkləşib. Hakimlər komitəsinin sədri Ələkbər Həsənovun başçılıq etdiyi seminarın açılışı ABF-nin idman direktoru Turqay Zeytingözün yeni mövsümlə bağlı verdiyi təlimatlardan sonra start götürüb.

18 yerli ədalət təmsilçisinin iştirak etdiyi seminarda referilərin yeni mövsüm ərəfəsində hazırlıqları həm nəzəri, həm də praktiki testlərlə sınaqdan keçirilib.

Bundan əlavə, FIBA-nın təsdiq etdiyi seminarda beynəlxalq basketbol qurumunun mütəxəssisləri tərəfindən video görüntü ilə yeni qaydaların oyunlarda tətbiq olunması yerli hakimlərə izah edilib.

Seminarın əsas məqsədi yeni mövsüm ərəfəsində tətbiq olunan yeni qaydaların nəzəri və praktiki cəhətdən tam dəqiq hakimlərə izah olunması və Azərbaycan Basketbol Liqası və digər yerli yarışlarda hakimlik etmələri üçün onların bilik və bacarıqlarının artırılmasıdır.

Komanda
“Formula 1”: Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlanıb

“Formula 1”: Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlanıb

Komanda
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürüb

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnir start götürüb

Komanda
Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları beynəlxalq turnirdə iştirak edəcək

Komanda
Baş katib: “15-18 komandanın iştirakı ilə maraqlı voleybol çempionatının şahidi olacağıq”

Baş katib: “15-18 komandanın iştirakı ilə maraqlı voleybol çempionatının şahidi olacağıq”

Komanda
"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

"Azərreyl" Çağırış Kubokunda növbəti oyununu keçirəcək

Komanda
Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Komanda
Azərbaycan basketbol tarixində ilk dəfə 5 liqalı mövsüm olacaq

Azərbaycan basketbol tarixində ilk dəfə 5 liqalı mövsüm olacaq

Komanda
Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Komanda
"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

Komanda
Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Emin Əmrullayev cəzaçəkmə müəssisəsində olub

Komanda
Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Çağırış Kuboku: "Azərreyl" darmadağınla mərhələ adlayıb

Komanda
"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"

"Murov"un voleybolçusu: "Avstriya komandasına da qalib gəlmək istəyirik"