Mehdi Hüseynzadə adına stadionun yeni direktoru: "Bu arenada olimpiya medalı qazanacaq səviyyəyə çatmışam"

Mehdi Hüseynzadə adına stadionun yeni direktoru: "Bu arenada olimpiya medalı qazanacaq səviyyəyə çatmışam"

Bu arenada boks bölməsinə gəlmişəm və olimpiya medalı qazanacaq səviyyəyə çatmışam.

Bunu “Report”a açıqlamasında “Sumqayıt”ın ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yeni direktoru, keçmiş boksçu Şahim İmranov təyinatı ilə bağlı danışarkən deyib.

O, Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarından sonra Sumqayıtdakı stadionda fəaliyyətə başladığını bildirib:

“Uzun illər gömrük orqanlarında çalışdım. Həm də komitə sədri idim. Boks Federasiyasında Veteranlar və Çempionlar Komitəsinin sədri vəzifəsində çalışırdım. Bu stadion mənə doğmadır. 90-cı illərdə boksa məhz bu stadiondan gəlmişəm. Həmin vaxt təkcə futbol deyil, stadionda digər idman növləri - boks, cüdo, yüngül atletika da var idi. Bu arenada boks bölməsinə gəlmişəm və olimpiya medalı qazanacaq səviyyəyə çatmışam. İndi də futbolla yanaşı, həm cüdo, həm də boks bölmələri var. Çalışacağıq başqa növləri də cəlb edək”.

Pekin-2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı stadionla bağlı problemlərin yoluna qoyulacağını söyləyib:

“Stadionun borc məsələsi həll olunur. Allah dövlətimizi qorusun, dəstək olacaqlar. Hamısını yavaş-yavaş aradan qaldıracağıq. Sağ olsunlar ki, xahiş edəndə dəstək göstərirlər. Dünən keçirilən “Sumqayıt” - “Qarabağ” oyunundan sonra da qazla bağlı problem yaşanmadı. Əl-ələ verib digər problemləri də aradan qaldırmağa çalışacağıq. Gələcəkdə digər idman növlərini də cəlb etmək üçün şəraitimiz var. Yəqin ki, borclar ödəniləcək. Mənim təyinatımda əsas məqsəd olimpiya idman növlərinin inkişafına dəstək göstərilməsidir”.

Qeyd edək ki, Ş.İmranov 2008-ci ildə Çində keçirilən XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. O, həmçinin 2002-ci ildə Permdə (Rusiya), 2006-cı ildə isə Plovdivdə (Bolqarıstan) baş tutan Avropa çempionatlarında ikinci yeri tutub.

Xatırladaq ki, Şahin İmranovdan öncə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun direktoru Nadir Quliyev olub.

Fərdi
Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Azərbaycan taekvondoçusu Avropa üçüncüsü olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Fərdi
Şahmat üzrə Azərbaycan çempionatında lider dəyişməyib

Şahmat üzrə Azərbaycan çempionatında lider dəyişməyib

Fərdi
Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Azərbaycan millisinin cüdoçusu dünya çempionatından əvvəl zədələnib

Fərdi
Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Azərbaycan şahmatçısı Avropa çempionatında lideri büdrədib

Fərdi
Azərbaycanın qadın güləşçisi dünya çempionatında zədələnib

Azərbaycanın qadın güləşçisi dünya çempionatında zədələnib

Fərdi
Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Fərdi
Fərid Qayıbov: “Ötən il bütün tapşırıqları yerinə yetirə bildik”

Fərid Qayıbov: “Ötən il bütün tapşırıqları yerinə yetirə bildik”

Fərdi
Türkiyəli federasiya prezidenti: "Öz evimə gəlmişəm, Şuşada olmaqdan məmnunam"

Türkiyəli federasiya prezidenti: "Öz evimə gəlmişəm, Şuşada olmaqdan məmnunam"

Fərdi
Azərbaycan güləşçisi: "Ağır çəkidəki idmançılar ağrı-acıya dözümlü deyillər"

Azərbaycan güləşçisi: "Ağır çəkidəki idmançılar ağrı-acıya dözümlü deyillər"

Fərdi
Eldəniz Əzizli: "Təcrübə hesabına qalib gəldim"

Eldəniz Əzizli: "Təcrübə hesabına qalib gəldim"

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçuları ilk günü medalsız başa vurub

Dünya çempionatı: Azərbaycan cüdoçuları ilk günü medalsız başa vurub