Azərbaycanın U-21 millisinin baş məşqçisi: "Şimali İrlandiyaya məğlubiyyət həqiqətən çox üzücüdür"

Azərbaycanın U-21 millisinin baş məşqçisi: "Şimali İrlandiyaya məğlubiyyət həqiqətən çox üzücüdür"

Şimali İrlandiyaya məğlubiyyət həqiqətən çox üzücüdür.

Bunu “Report”a açıqlamasında Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Samir Əliyev Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya ilə səfər matçı barədə danışarkən deyib.

45 yaşlı mütəxəssis belə nəticəni gözləmədiklərini vurğulayıb:

“Şimali İrlandiyaya məğlubiyyət həqiqətən çox üzücüdür. Belə nəticəni gözləmirdik. Bunun da bir səbəbkarı var. Baş məşqçi kimi məsuliyyət mənim üzərimdədir. Oyun haqqında qısaca onu deyim ki, birinci və ikinci hissələr arasında böyük fərq var idi. İkinci hissədə oyun intizamı pozuldu. Birinci hissədə məğlub olmuşduq deyə, irəli atıldıq, açıq futbol oynadıq və hesabı bərabərləşdirmək istədik. Nəticədə rəqib bizi cəzalandırdı və belə faciəvi hesab alındı. Bunun da səbəbləri var, sadəcə, açıqlamaq istəmirəm. Çünki hər dəfə nəsə deyəndə, bəhanə kimi qarşılanır”.

O, sabah İngiltərə millisinə qarşı keçirəcəkləri oyuna hazırlıqlarla bağlı sualı da cavablandırıb:

“Əlbəttə, belə məğlubiyyətdən sonra nəinki futbolçuların, biz məşqçilərin də psixoloji durumu lazımi səviyyədə deyil. Futbolçularda yorğunluq var. Onlarla söhbət edirik, çalışırıq ki, ruhlandıraq, həvəsləndirək. Sabah bizi ağır oyun gözləyir. İngiltərə yığması ilə bizim heyəti müqayisə etmək belə düzgün deyil. Üstəlik, bildiyimə görə, stadion dolacaq, tribunalarda boş yer qalmayacaq. Çalışırıq oyunçuları kökləyək. Bu cür stadion və azarkeşlərin qarşısında İngiltərə ilə oynamaq komanda üçün də stimuldur. Sabah meydanda ayaq yerinə başımızı qoyacağıq ki, layiqli mübarizə göstərək. Tsiklin son oyunudur”.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində oktyabrın 12-də səfərdə Şimali İrlandiyaya 0:5 hesabı ilə məğlub olub. Komanda sabah, tsiklin son matçında səfərdə İngiltərə yığması ilə üz-üzə gələcək.

Futbol
"Hayduk" - "Qəbələ" oyununun hakimləri bəlli olub

"Hayduk" - "Qəbələ" oyununun hakimləri bəlli olub

Futbol
Premyer Liqa: "Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək

Premyer Liqa: "Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək

Futbol
"Barselona" Messiyə heykəl ucaldacaq

"Barselona" Messiyə heykəl ucaldacaq

Futbol
Murad Musayev: “Krasnodar”ın Kadiyə təklif etdiyi maliyyə şərtləri daha yaxşı olacaq”

Murad Musayev: “Krasnodar”ın Kadiyə təklif etdiyi maliyyə şərtləri daha yaxşı olacaq”

Futbol
"Frayburq"un baş məşqçisi koronavirusa yoluxub

"Frayburq"un baş məşqçisi koronavirusa yoluxub

Futbol
“Neftçi”nin futbolçusu Kipr klubuna keçə bilər

“Neftçi”nin futbolçusu Kipr klubuna keçə bilər

Futbol
"Kəpəz"in müdafiəçisi "Zirə" ilə matçda qırmızı vərəqə alıb

"Kəpəz"in müdafiəçisi "Zirə" ilə matçda qırmızı vərəqə alıb

Futbol
PFL rəsmisi "Barselona"nın oyununa təyinat alıb

PFL rəsmisi "Barselona"nın oyununa təyinat alıb

Futbol
Təqdimat mərasiminə gətirilən aslan yunanıstanlı futbolçunu qorxudub

Təqdimat mərasiminə gətirilən aslan yunanıstanlı futbolçunu qorxudub

Futbol
"Qarabağ" Avropa Liqalarında məğlub olmayan 17 komandadan biridir

"Qarabağ" Avropa Liqalarında məğlub olmayan 17 komandadan biridir

Futbol
"Qəbələ" ardıcıl 2-ci məğlubiyyətini alıb

"Qəbələ" ardıcıl 2-ci məğlubiyyətini alıb

Futbol
Azərbaycan cüdoçusu: "Avropa çemionatında ilk medalımı qazandığım üçün şadam"

Azərbaycan cüdoçusu: "Avropa çemionatında ilk medalımı qazandığım üçün şadam"