AFFA rəsmisi "Fənərbağça" - "Mançester Yunayted" matçına təyinat alıb
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının III turunda keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Mançester Yunayted” (İngiltərə) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma oktyabrın 24-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

https://mail.qalaba.az//uploads/photo/affa-resmisi-fenerbagcha-manchester-yunayted-matchina-teyinat-alib.webp











