UEFA "Qarabağ"ın avrokubok oyunlarını idarə etmiş baş hakimi 2025-ci ilə qədər diskvalifikasiya edib
UEFA "Qarabağ"ın avrokubok oyunlarını idarə etmiş polşalı baş hakim Bartoş Frankovskiyi 2025-ci ilə qədər diskvalifikasiya edib.
"QELEBE.AZ" xəbər verir ki, buna referinin digər həmkarı Tomaş Musyalla birgə içkili halda yol nişanlarına zərər yetirməklə qeyri-etik davranışları səbəb olub.
Onlar cari mövsümün əvvəli Çempionlar Liqasının III təsnifat mərhələsinin "Reyncers" (Şotlandiya) - "Dinamo" (Kiyev, Ukrayna) oyununa VAR hakimləri kimi təyinat alıblar. Lakin etdikləri hərəkətlərə görə başqa hakimlərlə əvəzləniblər.
Hər iki ədalət qoruyucusu nizam-intizam qaydalarına pozduqlarına görə UEFA tərəfindən 2025-ci ilin iyun ayına qədər hakimlikdən uzaqlaşdırılıblar.
Qeyd edək ki, Bartoş Frankovskiy 2019-cu ildə "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsinin “Dandolk” (İrlandiya) və 2022-ci ildə Fransanın "Marsel" komandasına qarşı Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasının baş hakimi olub.

https://mail.qalaba.az//uploads/photo/uefa-qarabagin-avrokubok-oyunlarini-idare-etmish-bash-hakimi-2025-ci-ile-qeder-diskvalifikasiya-edib.webp











