Bakıda ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursu keçirilib 

Bakıda ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursu keçirilib 

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İnkişaf Proqramı çərçivəsində Beynəlxalq Məşqçilik Kursu keçirilib.

Azərbaycan Ağır Atletika Federasiyasından "Report"a verilən məlumata görə, 5 gün davam edən kursda mühazirəçi qismində IWF-in Məşqçilik və Tədqiqat Komitəsinin üzvü, ABŞ-lı mütəxəssis, Doktor Kayl Pirs çıxış edib.

Tədbirə ölkənin bütün regionlarından 50-yə yaxın məşqçi qatılıb.

Kurs zamanı bir çox mövzular barədə nəzəri və praktiki dərslər keçilib. Onların içərisində ağırlıqqaldırma idman növündə təhlükəsizlik qaydaları, biomexanika və fiziologiya, məşqçilik təliminin və tədrisinin prinsipləri, bədənin qızışdırılması və əzələlərin elastik vəziyyətə gətirilməsi, ağırlığın qaldırılmasında baza hazırlığı, güc tətbiq etməklə ştanqın sinəyə alınması və birdən qaldırma, “Təkanla qaldırma hərəkəti”nin anlayışı, “Birdən qaldırma hərəkəti”ndə yanaşmaların artması prosesi, klassik yanaşmaların nümayış etdirilməsi, müqavimətin artması prinsipləri, məşq proqramları, ağır atletika yarışları, antidopinq, qaynaq və məlumatlara giriş imkanları olub.

Amerikalı mütəxəssisin dərsləri interaktiv şəkildə keçib, dinləyicilərin sualları cavablandırılıb, yeni, müasir məşq, tədris metodları ətrafında geniş müzakirələr aparılıb. İştirakçıların fikrincə, kurs çox səmərəli olub, yeni biliklər əldə etmək, ağır atletikada müasir tendensiyaları öyrənmək baxımından böyük fürsət xarakteri daşıyıb. Məşqçilik üzrə iki kateqoriya (Level 1 və Level 2) mühazirələrdə iştirak edən mütəxəssislər, sonda imtahan verərək beynəlxalq məşqçilik sertifikatı əldə edə biliblər.

Mühazirəçi Kayl Pirs kurs barədə danışarkən təşkilatçılıqdan razılığını dilə gətirib. O, iştirakçıların həvəsli olmasını təqdir edib: "Hər şey əla təşkil olunmuşdu. Səmimi və xoş münasibət, peşəkar yanaşmayla qarşılaşdım. İstədiyimiz səviyyədə tədrisi edə bildik. Yeni, yaxud təcrübəli olmalarından asılı olmayaraq, bütün məşqçilərin istəkli olması, müxtəlif mövzulara toxunaraq müzakirələr aparmasını görmək çox xoş oldu. Bakıdan yaxşı təəssüratlarla ayrılıram və böyük məmnuniyyətlə bir də gəlmək istəyərəm".

Fərdi
Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının püşkü atılıb

Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının püşkü atılıb

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin afişası "Times" meydanında nümayiş olunub

"Vüqar Həşimov Memorialı-2022"nin afişası "Times" meydanında nümayiş olunub

Fərdi
Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"

Fərdi
Bakıda keçiriləcək Böyük Dəbilqənin medalları təqdim olunub

Bakıda keçiriləcək Böyük Dəbilqənin medalları təqdim olunub

Fərdi
Azərbaycan millisinin baş məşqçisi: “İnsan fiziki zəif olanda yox, psixoloji hazır olmayanda uduzur”

Azərbaycan millisinin baş məşqçisi: “İnsan fiziki zəif olanda yox, psixoloji hazır olmayanda uduzur”

Fərdi
Dünya çempionatı: Azərbaycanın qrup komandası finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qrup komandası finala yüksəlib

Fərdi
Avropa çempionatı: Talıbov finalda, Zamanov və Nəsirli bürünc medal uğrunda yarışacaq

Avropa çempionatı: Talıbov finalda, Zamanov və Nəsirli bürünc medal uğrunda yarışacaq

Fərdi
Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Azərbaycan cüdoçuları Sloveniyada 7 medal qazanıb

Fərdi
Şəhriyar Məmmədyarovun atasına Prezidentin fərdi təqaüdü verilib

Şəhriyar Məmmədyarovun atasına Prezidentin fərdi təqaüdü verilib

Fərdi
Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Azərbaycan şahmatçısı dünya birinciliyində gümüş medal qazanıb

Fərdi
Rauf Məmmədov: "Karlsenlə Şuşada eyni yarışda iştirak etmək maraqlı olardı"

Rauf Məmmədov: "Karlsenlə Şuşada eyni yarışda iştirak etmək maraqlı olardı"

Fərdi
Legioner idmançılar Azərbaycanda ilin ən yaxşı atleti seçiliblər

Legioner idmançılar Azərbaycanda ilin ən yaxşı atleti seçiliblər