Fernandu Santuş: "Millimizin oyunları göstərir ki, doğru yoldayıq"

Fernandu Santuş: "Millimizin oyunları göstərir ki, doğru yoldayıq"

Millimizin oyunları göstərir ki, doğru yoldayıq.

"QELEBE.AZ"un "Misli"nin dəstəyi ilə Stokholm şəhərinə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveç yığmasına qarşı keçirəcəkləri Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis sabah onları çətin qarşılaşmanın gözlədiyini bildirib:

"Əlbəttə ki, hər oyuna qələbə istəyi ilə çıxırıq. Son 3 matçda nəticə qazana bilməsək də, yığma məzmunlu oyun nümayiş etdirdi. Millimizin oyunları göstərir ki, doğru yoldayıq. Sabahkı görüşdə müdafiə olunmaq barədə yox, hücum etməyi düşünürük. Təəssüf ki, gəldiyim vaxtdan bu yana qələbə qazana bilməmişik. Ancaq inanıram ki, tez bir zamanda uğursuzluq zolağından çıxacağıq".

O, İsveçlə görüşdə heyətdə müəyyən dəyişikliklərin ola biləcəyini vurğulayıb:

"Sabahkı qarşılaşmada müəyyən dəyişikliklər ola bilər. Çünki futbolçular tez-tez oyunlara çıxırlar, bəziləri yorulur. Estoniya və İsveç yığmaları oyunlarına görə fərqlənirlər".

F.Santuş C Liqasında qalmaq üçün əllərindən gələni edəcəklərini söyləyib:

"Əgər cüzi də olsa, şans varsa, biz bunun uğrunda mübarizə aparmalıyıq. Heç kim görüşdən əvvəl məğlub olmur. Əlbəttə ki, mübarizə aparacağıq. Necə ki, biz son matçda əlimizdən gələni etdik.İ sveç komandası keyfiyyətli futbolçulardan təşkil olunub. Özümüzə inanmalyıq və çalışmalıyıq ki, uğurlu nəticə qazanaq".

Qeyd edək ki, noyabrın 19-da Solna şəhərindəki “Friends Arena”da keçiriləcək İsveç – Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 23:45-da səsləndiriləcək.

Futbol
Neymar PSJ-nin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib

Neymar PSJ-nin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib

Futbol
Rəşad Sadıqov: "Qarabağ" nə vururdusa, hamısı qol olurdu"

Rəşad Sadıqov: "Qarabağ" nə vururdusa, hamısı qol olurdu"

Futbol
"Çelsi" Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

"Çelsi" Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

Futbol
La Liqa: "Barselona" darmadağın hesabla qalib gəlib

La Liqa: "Barselona" darmadağın hesabla qalib gəlib

Futbol
Stokholmda təşkil olunacaq "Şuşa" beynəlxalq mini-futbol turnirinin püşkü atılıb

Stokholmda təşkil olunacaq "Şuşa" beynəlxalq mini-futbol turnirinin püşkü atılıb

Futbol
"Qəbələ" "Kəpəz"lə heç-heçə edib

"Qəbələ" "Kəpəz"lə heç-heçə edib

Futbol
"Neftçi"nin aparıcı futbolçusu zədələnib

"Neftçi"nin aparıcı futbolçusu zədələnib

Futbol
İspaniyalı futbolçu "Qarabağ"la oyunu buraxa bilər

İspaniyalı futbolçu "Qarabağ"la oyunu buraxa bilər

Futbol
Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub

Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub

Futbol
Qurban Qurbanov Rusiya klubunun təklifindən imtina edib

Qurban Qurbanov Rusiya klubunun təklifindən imtina edib

Futbol
Qurban Qurbanov: "Rəqib futbolçu penalti olduğunu söylədi"

Qurban Qurbanov: "Rəqib futbolçu penalti olduğunu söylədi"

Futbol
"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyuna hazırıq"

"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyuna hazırıq"