"Şəmkir" klubu Fərid Qayıbova müraciət edəcək

"Şəmkir" klubu Fərid Qayıbova müraciət edəcək

"Şəmkir" futbol klubu gənclər və idman naziri Fərid Qayıbova müraciət edəcək.

Bu barədə "QELEBE.AZ"a qərb təmsilçisinin baş məşqçisi Vüqar Nadirov məlumat verib.

Mütəxəssis "Şəmkir"lə bağlı böyük planlarının olduğunu, komandanı Premyer Liqaya çıxarmaq barədə düşündüklərini bildirib:

"Kluba baş məşqçi kimi dəvət olunanda Şəmkir Olimpiya Kompleksi ilə tanış oldum. Baxdım ki, burada yaxşı işlər görmək olar, komandanı irəliyə aparmaq şansımız var. Lakin istəyirəm ki, kompleksi müqavilə əsasında bizim ixtiyarımıza versinlər. Bununla bağlı yaxın vaxtda Gənclər və İdman Nazirliyinə, şəxsən Fərid Qayıbova müraciətimiz olacaq. Kompleksin rəhbəri ilə danışıb razılaşsalar, bizə böyük dəstək vermiş olarlar. Hazırda ot örtüyü olduqca bərbad durumdadır. Biz onu yararlı vəziyyətə gətirə bilərik. Hətta köməkçi meydanı da düzəltmək olar. Belə olarsa, uşaq futbolunun inkişafı üçün də əlimdən gələni edəcəyəm. Şəmkirdə futbolu sevən, qayğı göstərən imkanlı iş adamları var. İstəyərdim ki, zəhmətimizə qiymət versinlər və gördüyümüz işin qarşılığında bizə dəstək göstərsinlər. Şəmkirdən hər zaman yaxşı futbolçular çıxıb".

O, "Şəmkir" komandasının tarixinin olduğunu söyləyib:

"Bu klub Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında mərhələ adlayıb. Futbolumuzun ən öndə gedən oyunçuları "Şəmkir"in formasını geyiniblər. Niyə bu komanda öz tarixini bərpa etməsin? Mən əziyyət çəkməyə hazıram, təki "Şəmkir" yaşasın, irəli getsin. "Hazıra nazir" komandada baş məşqçi olmaq asandır. Büdcəsi az olan klubu yuxarılara qaldırmaq çətindir. Ona görə də, istəyərdim ki, bizə dəstək göstərən insanlar olsun".

Azərbaycan millisinin sabiq üzvü uşaq futbolunun inkişafına diqqət ayırmağın vacibliyini vurğulayıb:

"Futbolun inkişafını istəyiriksə, mütləq uşaq futboluna diqqət ayrılmalıdır. Şəmkir Olimpiya Kompleksini bizim ixtiyarımıza versələr, ot örtüklərini yaxşı vəziyyətə gətirib, uşaq futboluna yararlı işlər görmək istəyirik. Aşağı yaş qruplarımızda yetişən futbolçularımızı milli komandalara göndərməyi planlaşdırırıq. İnşallah, yaxın gələcəkdə "Şəmkir"i yüksək pillələrdə görəcəyik".

V.Nadirov qış "transfer pəncərəsi"ndə "Şəmkir"ə Premyer Liqada çıxış etmiş futbolçunun cəlb olunacağını deyib:

"İnşallah, qış fasiləsində komandamıza tanınmış futbolçu cəlb olunacaq. Həmin oyunçunun adını çəkmək istəmirəm. İnanıram ki, "Şəmkir"in yüksəlməyində onun da payı olacaq",

Qeyd edək ki, Azərbaycan II Liqasında çıxış edən "Şəmkir" 10 turdan sonra 13 xalla 6-cı sırada qərarlaşıb.

Futbol
Fariz Nəcəfov: "VAR sistemində boşluqların olmasını anlayışla qarşılayıram"

Fariz Nəcəfov: "VAR sistemində boşluqların olmasını anlayışla qarşılayıram"

Futbol
Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub

Futbol
"Qarabağ"ın rəqibi erməni futbolçunu əsas siyahıya daxil etməyib

"Qarabağ"ın rəqibi erməni futbolçunu əsas siyahıya daxil etməyib

Futbol
“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər

“Qarabağ”ın sabiq futbolçusu Azərbaycana qayıda bilər

Futbol
Ayxan Abbasov: "Bizim üçün hər xal önəmlidir"

Ayxan Abbasov: "Bizim üçün hər xal önəmlidir"

Futbol
“Qarabağ” – “Nant” oyununun hakimləri açıqlanıb

“Qarabağ” – “Nant” oyununun hakimləri açıqlanıb

Futbol
Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə ilk yarımfinalçılar bəlli olub

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş turnirdə ilk yarımfinalçılar bəlli olub

Futbol
De Byazi: “3 təklifi rədd edib Azərbaycanda qaldım”

De Byazi: “3 təklifi rədd edib Azərbaycanda qaldım”

Futbol
XXI əsrdə üçüncü onilliyin bombardirləri açıqlanıb

XXI əsrdə üçüncü onilliyin bombardirləri açıqlanıb

Futbol
Çempionlar Liqası: PSJ və Benfika 1/8 finala yüksəlib,"Real" məğlub olub

Çempionlar Liqası: PSJ və Benfika 1/8 finala yüksəlib,"Real" məğlub olub

Futbol
Azərbaycan Kuboku: "Qəbələ"nin yubileylərlə zəngin qələbəsi

Azərbaycan Kuboku: "Qəbələ"nin yubileylərlə zəngin qələbəsi

Futbol
Elxan Məmmədov FIFA prezidenti ilə birlikdə Almaniyada səfərdə olub

Elxan Məmmədov FIFA prezidenti ilə birlikdə Almaniyada səfərdə olub