Kurban Berdıyev: "Araz-Naxçıvan"la oyundan çox şey asılı idi"
Bu oyundan çox şey asılı idi.
"QELEBE.AZ" xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Araz-Naxçıvan"a qarşı Misli Premyer Liqasının XV turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səhvə yol verdikləri üçün məğlub olduqlarını söyləyib:
"Qarşılaşmada qol imkanlarının sayı yetərincə çox olmadı. Belə matçların taleyini adətən bir səhv həll edir. Təəssüf ki, o səhv bizə məxsus idi. Rəqib komanda müdafiədə çox yaxşı çıxış edirdi. Çempionatda az sayda qol buraxmaqlarının səbəbi budur. "Araz-Naxçıvan"la oyundan çox şey asılı idi. Qarşıda bizi çox oyun gözləyir. Çətin missiyanın öhtəsindən gəlməyə çalışacağıq. "
Qeyd edək ki, XV turun görüşündə "Turan Tovuz" səfərdə "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub.

https://mail.qalaba.az//uploads/photo/kurban-berdiyev-araz-naxchivanla-oyundan-chox-shey-asili-idi.webp











