"Turan Tovuz"un kapitanı: "Uğursuzluq zolağından çıxmağa çalışacağıq" - MÜSAHİBƏ

"Turan Tovuz"un kapitanı: "Uğursuzluq zolağından çıxmağa çalışacağıq" - MÜSAHİBƏ

"Turan Tovuz" klubunun kapitanı Şəhriyar Əliyev "Report"un suallarını cavablandırıb. 31 yaşlı futbolçu Azərbaycan Kubokunda mübarizəni dayandırmalarından, Misli Premyer Liqasındakı hədəflərindən söz açıb. Müdafiəçi Azərbaycan yığmasının UEFA Millətlər Liqasında çıxışına da toxunub.

- Azərbaycan Kubokunun 1/8 finalında "Sabah"a penaltilər seriyasında məğlub oldunuz. 120 dəqiqəsi 2:2 hesabı ilə bitən oyun haqqında nə deyə bilərsiniz?
- Əslində penaltilər üzərində də işləmişdik. Qalibin 120 dəqiqədə müəyyənləşməyəcəyini düşünürdük. Bu isə "lotereya"dır. Qalib gələ və ya uduza da bilərsən. Bəlkə də şans rəqibin tərəfində idi. Bizdə alınmadı. Növbəti matçlara daha yaxşı hazırlaşacağıq.

- İki dəfə hesabda önə keçdiniz. Qələbəyə nə mane oldu?
- İlk hissənin sonunda və əlavə vaxtda qapımızda qol gördük. Bu, komandaya təsir edən məqamdır. Çempionatdakı görüşlərdə bunu aradan qaldırmağa çalışacağıq. Penaltilər seriyasında qapıçımız ilk zərbəni dəf etdi. Bəlkə ondan sonra dəqiq oynaya bilsəydik, bizim üçün daha fərqli olardı. Şanssızlıq oldu. Bu matçı unutmaq istəyirik.

- Müdafiəçiniz Denis Marandiçi ağır zədə aldı. Onun yoxluğu da komandaya təsir etdi?
- Onun tez bir zamanda yaşıl meydanlara qayıtmasını arzulayırıq. Denis bizə güc qatan əsas oyunçularımızdan biridir. Komandaya kömək etmək üçün ayağını irəli atdı. Bir neçə yerdə sınıq var. Həqiqətən çox ağır zədə alıb. Ümid edirəm ki, tezliklə sıraya dönər. Futbolçular, məşqçilər və rəhbərlik - hər kəs onun yanındadır.

- Misli Premyer Liqasında da son 4 turda qələbə qazana bilmirsiniz. Bunun səbəbini nədə görürsünüz?
- Onlardan üçü iddialı komandalardır. "Araz-Naxçıvan", "Sabah" və "Qarabağ"la mübarizə aparmışıq. Turnir cədvəlində ön sıraları hədəfləyən kollektivlərdir. Sadəcə, "Səbail"lə səfər matçında da heç-heçə etdik. Növbəti görüşü evdə keçirəcəyik. Həmin matçda azarkeşlərimizi sevindirməyə çalışacağıq.

- Qarşınıza avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyulub. Sizcə, hazırkı heyətlə buna nail ola biləcəksiniz?
- Biz də avrokuboklarda oynamaq istəyirik. Klubda daha çox oyunçunun olması yaxşıdır. Zədəli futbolçularımız çoxdur. Bu da oyunlara təsir göstərir.

- Deməli, qışda "Turan Tovuz"un güclənməsinə ehtiyac görürsünüz?
- Bəli. Komandada rəqabətin artması da önəmlidir. Zədəli və cəzalı oyunçuları əvəzləmək üçün əlavə futbolçu olmalıdır. Məşqçilər, klub rəhbərliyi bu məsələ ilə məşğul olurlar, axtarışdadırlar. İnanıram ki, yaxşı futbolçular gələcək. Əsas odur ki, yeni transferlər komandaya fayda verə bilsinlər.

- Növbəti turda "Şamaxı" ilə üz-üzə gələcəksiniz. Uğursuzluq zolağından çıxa biləcəksiniz?
- Rəqib də son qarşılaşmalarda qalib gələ bilmir. Doğma azarkeşlər önündə oynayacağıq. Çox ağır matçlardan biri olacaq. Qalib gələrək uğursuzluq zolağından, bu vəziyyətdən çıxmağa çalışacağıq. Əldə olunacaq qalibiyyət özünəinamı qaytaracaq.

- Son iki sualımız Azərbaycan millisi haqqında olacaq. Avqust və oktyabrda baş tutan toplanışda yığmaya cəlb edildiniz. Amma noyabrdakı matçlar üçün sizə dəvət göndərilmədi. Bunun səbəbini nədə görürsünüz?
- Bu, yığmanın baş məşqçisi Fernandu Santuşun qərarıdır. O da çempionatın bütün oyunlarını izləyir. Çalışır, yeni futbolçular dəvət etmək istəyir. Biz də həm klubumuza kömək etmək, həm də millinin heyətində yer almaq üçün çalışırıq.

- Komandanın Millətlər Liqasında D Liqasına düşməsini necə qarşıladınız?
- Bu, hər futbolçu kimi mənə də təsir etdi. Orada yaxşı nəticələr qazanıb yenidən əvvəlki yerimizə qayıtmaq lazımdır. D Liqasına enmək oyunçulara, azarkeşlərə - hər kəsə təsir edən məqamdır. Bu vəziyyətdən mütləq çıxmalı və yuxarı pillələrə qalxmalıyıq.

Futbol
DÇ-2022: Almaniya millisi üçün pul mükafatı açıqlanıb

DÇ-2022: Almaniya millisi üçün pul mükafatı açıqlanıb

Futbol
Messinin PSJ ilə imzalayacağı yeni müqavilənin detalları bəlli olub

Messinin PSJ ilə imzalayacağı yeni müqavilənin detalları bəlli olub

Futbol
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Xorvatiya ilə qarşılaşacaq

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Xorvatiya ilə qarşılaşacaq

Futbol
PSJ Mbappeni 400 milyon avroya satmaq istəyir

PSJ Mbappeni 400 milyon avroya satmaq istəyir

Futbol
Azərbaycanın veteran futbolçusu vəfat edib

Azərbaycanın veteran futbolçusu vəfat edib

Futbol
Luis Suaresin yeni klubu bəlli olub

Luis Suaresin yeni klubu bəlli olub

Futbol
PFL və "Səbail" klubunun rəhbərliyi arasında görüş keçirilib

PFL və "Səbail" klubunun rəhbərliyi arasında görüş keçirilib

Futbol
Avropa Liqası: "Fənərbağça" və "Mançester Yunayted" Kipr klubları ilə üz-üzə gələcək

Avropa Liqası: "Fənərbağça" və "Mançester Yunayted" Kipr klubları ilə üz-üzə gələcək

Futbol
“Qarabağ” UEFA-nın klub reytinqində “Monako”ya çatıb

“Qarabağ” UEFA-nın klub reytinqində “Monako”ya çatıb

Futbol
Rusiyalı mütəxəssis: “Krasnodardan Bakıya olan məsafə daha azdır, nəinki Moskvaya”

Rusiyalı mütəxəssis: “Krasnodardan Bakıya olan məsafə daha azdır, nəinki Moskvaya”

Futbol
"Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlanıb

"Olimpiakos"un ulduz futbolçusunda xroniki zədə aşkarlanıb

Futbol
Millətlər Liqası: Macarıstan Almaniyanı, İtaliya İngiltərəni məğlub edib

Millətlər Liqası: Macarıstan Almaniyanı, İtaliya İngiltərəni məğlub edib