"Qarabağ"ın hücumçusu Fransa klubuna keçir

"Qarabağ"ın hücumçusu Fransa klubuna keçir

"Qarabağ"ın futbolçusu İbrahima Vadji Fransanın "Sent Etyen" komandasına transfer olunub.

"Report"un "L Equipe" nəşrinə istinadən məlumatına görə, seneqallı hücumçu növbəti həftənin əvvəllərində yeni klubu ilə rəsmi müqavilə bağlayacaq. 27 yaşlı forvarddan ötrü Azərbaycan təmsilçisinə 1 milyon avrodan çox vəsait ödəniləcək. Bura müxtəlif bonuslar daxil deyil.

Vadji ötən gün "Şamaxı"nı 4:0 hesabı ilə yendikləri Misli Premyer Liqası matçında ehtiyat oyunçular skamyasında yer alıb. O, "Sent Etyen"in idman direktoru Loik Perren və klubun baş menecerinin müavini Samuel Rustemin diqqətini ötən mövsüm UEFA Konfrans Liqası qarşılaşmalarında cəlb edib. Təcrübəli hücumçu 2021-ci ilin yayından çıxış etməyə başladığı "Qarabağ"da 36 oyuna 26 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

"Qarabağ" 2014/2015 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Sent Etyen"lə üz-üzə gəlib və evdə 0:0, səfərdə 1:1 hesablı heç-heçə edib.

Qeyd edək ki, hazırda Fransa Liqa 2-də mübarizə aparan "Sent Etyen" mövsümə -3 cərimə xalı ilə başlayıb. Klub 5 oyundan 3 xal toplayaraq, mənfi saldonu sıfırlasa da, hazırda sonuncu - 20-ci pillədə qərarlaşıb.

Futbol
Millinin keçmiş kapitanı: “Yığma dəftərini bağlamışam”

Millinin keçmiş kapitanı: “Yığma dəftərini bağlamışam”

Futbol
Riçard Almeyda: "Ordumuzdan xoş xəbərlər alırıq"

Riçard Almeyda: "Ordumuzdan xoş xəbərlər alırıq"

Futbol
"Barselona"nın müdafiəçisi zədələnib

"Barselona"nın müdafiəçisi zədələnib

Futbol
“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb - VİDEO

“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb - VİDEO

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Təki, komandam həmişə belə oynasın"

"Qəbələ"nin baş məşqçisi: "Təki, komandam həmişə belə oynasın"

Futbol
"Zirə"nin iki futbolçusu cəzalanıb, klub cərimə olunub

"Zirə"nin iki futbolçusu cəzalanıb, klub cərimə olunub

Futbol
Premyer Liqa: Mövsümün ilk yarısının ən intizamlı və intizamsız komandaları bəlli olub

Premyer Liqa: Mövsümün ilk yarısının ən intizamlı və intizamsız komandaları bəlli olub

Futbol
Qurban Qurbanov: "Möhtəşəm il keçirdik"

Qurban Qurbanov: "Möhtəşəm il keçirdik"

Futbol
Azərbaycan Premyer Liqası: İki turun təqvimi açıqlanıb

Azərbaycan Premyer Liqası: İki turun təqvimi açıqlanıb

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Futbol
"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edib

"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edib

Futbol
Messi "Benfika" ilə oyunu buraxacaq

Messi "Benfika" ilə oyunu buraxacaq