AGF rəsmisi: "Yerli idmançılar yetişdirsək, legioner cəlb etməyimizə ehtiyac qalmaz"

AGF rəsmisi: "Yerli idmançılar yetişdirsək, legioner cəlb etməyimizə ehtiyac qalmaz"

Seminarda yerli idmançıların yetişdirilməsinin vacibliyini bildirdik. Belədə legioner cəlb etməyimizə ehtiyac qalmaz.

Bunu “Report”a açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) Hakimlər Kollegiyasının sədri Qərib Əliyev regionlarda keçirilən Ümumrespublika seminarlarının yekunları barədə danışarkən deyib.

O, seminarların formatı və məqsədi barədə danışıb:

“Builki seminarları Naxçıvan da daxil olmaqla 13 regionda keçirdik. Tədbirlərdə əsasən yunan-Roma və sərbəst güləş yığmalarının məşqçiləri iştirak etdilər. Məqsədimiz güləş qaydalarını məşqçilərə izah etmək idi. Baxmayaraq ki, onlar müəllimdirlər. Fəndlərin necə qiymətləndirilməli olduğunu, hansı vəziyyətdə idmançılara xal verilib-verilmədiyini bilməlidirlər ki, sabah tələbələrinə də bunları öyrətsinlər. Yaxud çətin vəziyyətdə qalanda etiraz etsinlər. Qaydaları onlara həm videogörüntülər şəklində, həm də şifahi formada izah etdik. Məşq proseslərinə, idmançıların çəkilərini salmasına və ya yüksəltməsinə dair tövsiyələrimiz oldu. İdmançıları qorumaq, yığma səviyyəsinə çatdırmaq lazımdır. Sonda da hər növ üzrə məşqçilər üçün nümunəvi məşqlər keçdik”.

Mütəxəssis regionlardakı idman zallarında çatışmazlıqlar olduğunu söyləyib:

“Çatışmazlıqlara gəlincə, seminarları keçirdiyimiz idman zallarının, demək olar ki, hamısında istilik sistemi yox idi. Yalnız Tərtərdəki Olimpiya İdman Kompleksində şərait normal idi. Güləş Federasiyası bəzi zalları döşəklərlə təmin edib. Bəzilərində köhnə də olsa, döşəklər var. İdman məktəblərinin əməkdaşlarına yeni döşəklər almalarını tövsiyə etdik. Seminarda yerli idmançıların yetişdirilməsinin vacibliyini bildirdik. Belədə legioner cəlb etməyimizə ehtiyac qalmaz”.

Q.Əliyev məşqçilərdə həvəs yaratmaq üçün Güləş Federasiyası tərəfindən müəyyən addımlar atıldığını bildirib:

“Əvvəlki kimi olmasa da, rayonlarda güləşə maraq var. Bunun da səbəbləri məlumdur. Xeyli sayda qeyri-olimpiya idman növləri var. Hansı ki, bəziləri güləşdə uğursuz olmasına baxmayaraq, bu növlərdə uğur qazanır, Avropa və dünya çempionu olur. Bu, uşaqları olimpiya idman növlərindən uzaqlaşdırır. Bununla belə, güləşə axın var. Elə zal olmadı ki, orada güləşçi görməyək. Məşqçilər gücləri çatdığı qədər işləyirlər. Həm də bəzən idmançılar öz çəkiləri üzrə sınaqçı-rəqiblər tapa bilmirlər. Məşqçilərdə də maraq yartmaq üçün Güləş Fedrasiyası tərəfindən müəyyən addımlar atılır və qərarlar qəbul edilir. Regional bazalar yardılmalıdır. Buna dövlət səviyyəsində dəstək göstərilməlidir. Artıq regionlarda gimnaziyalar var və uşaqları yerləşdiririk. Məşqçilərə başa salırıq ki, ora gedən tələbələr sona qədər sizinki sayılacaq”.

Qeyd edək ki, güləş məşqçilərinin Ümumrespublika seminarı bu il 13 mərhələdən ibarət olub. Ölkənin bütün regionlarını əhatə edən tədbir Naxçıvan, Şirvan, Quba, Sumqayıt, Mingəçevir, Qəbələ, Qobustan, Qazax, Gəncə, Tərtər, Lənkəran, Sabirabad və Bakıda keçirilib.

Fərdi
"Shusha Chess 2022": Məmmədyarov qələbə qazanıb, Rəcəbov heç-heçə edib

"Shusha Chess 2022": Məmmədyarov qələbə qazanıb, Rəcəbov heç-heçə edib

Fərdi
Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın proqramı açıqlanıb

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın proqramı açıqlanıb

Fərdi
Avropa çempionatında uğur qazanmış taekvondoçularla görüş olub

Avropa çempionatında uğur qazanmış taekvondoçularla görüş olub

Fərdi
AMADA: "Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub"

AMADA: "Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub"

Fərdi
Tayson Fyuri üçüncü dəfə Çisoranı məğlub edib

Tayson Fyuri üçüncü dəfə Çisoranı məğlub edib

Fərdi
"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

Fərdi
Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirin bağlanış mərasimi keçirilib

Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirin bağlanış mərasimi keçirilib

Fərdi
Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Fərdi
Bakıda beynəlxalq güləş turnirinə yekun vurulub

Bakıda beynəlxalq güləş turnirinə yekun vurulub

Fərdi
Azərbaycan Velosiped Federasiyası rəsm müsabiqəsinin qaliblərini açıqlayıb

Azərbaycan Velosiped Federasiyası rəsm müsabiqəsinin qaliblərini açıqlayıb

Fərdi
"Formula 1"in idman direktoru vəzifəsini tərk edib

"Formula 1"in idman direktoru vəzifəsini tərk edib

Fərdi
Azərbaycan avarçəkəni: "Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir"

Azərbaycan avarçəkəni: "Avropa çempionatında 9-cu yer ən yaxşı nəticələrimdəndir"