"Formula 1": Yaponiya Qran-prisinin qalibi bəlli olub
"Formula 1" üzrə Yaponiya Qran-prisinin qalibi bəlli olub.
"QELEBE.AZ"un məlumatına görə, "Red Bull"dan Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.
"Ferrari"dən Şarl Lekler finişə ikinci çatıb. "Red Bull"un digər pilotu Serxio Peres isə 3-cü yeri tutub.
Yarışın hazırkı lideri olan Ferstappen Suzuka trasındakı qələbəyə baxmayaraq, çempionluğu rəsmiləşdirə bilməyib. Buna Leklerin 2-ci yeri tutması səbəb olub.
Qeyd edək ki, mövsümün növbəti yarışı oktyabrın 23-də ABŞ-da olacaq.

https://mail.qalaba.az//uploads/photo/formula-1-yaponiya-qran-prisinin-qalibi-belli-olub.webp











