“Liverpul” “Mançester Yunayted”i darmadağın etdi

“Liverpul” “Mançester Yunayted”i darmadağın etdi

İngiltərə Premyer Liqasının XI turunda “Liverpul” doğma meydanda “Mançester Yunayted”i qəbul edib.

Apasport.az xəbər verir ki, “Enfild” stadionunda keçirilən prinsipial qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqlar görüşün ilk dəqiqələrində azlıqda qalıb. Leni Yoro 8-ci dəqiqədə Aleksander İsakın qarşısını kobud qayda pozuntusu ilə kəsdiyinə görə birbaşa qırmızı vərəqə alıb.

Say üstünlüyü qazanan “Liverpul” bundan dərhal yararlanıb. Dominik Soboslai 10-cu dəqiqədə hesabı açıb. Cəmi üç dəqiqə sonra Florian Virts fərqi iki topa çatdırıb.

İkinci hissədə də üstünlüyünü davam etdirən meydan sahibləri 66-cı dəqiqədə Rio Nqumohanın qolu ilə hesabı 3:0-a çatdırıblar. Matçın 82-ci dəqiqəsində Viktor Munyos yekun nəticəni müəyyənləşdirib – 4:0.

“Liverpul” xallarının sayını 21-ə yüksəldib. “Mançester Yunayted” isə 8 xalda qalıb.