PSJ-də ciddi itki - çarpaz bağları qopub
PSJ ciddi itki ilə üzləşib.
QELEBE.AZ xəbər verir ki, komandanın futbolçusu Dezire Due zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Vingerin “Nitsa” ilə Liqa 1 matçında (3:1) çarpaz bağları qopub. O, uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

https://mail.qalaba.az//uploads/photo/psj-de-ciddi-itki-charpaz-baglari-qopub.webp