Azərbaycan ağırlıqqaldıranı: "Dünya çempionatında qazandığım gümüş medalı atama həsr edirəm"

Azərbaycan ağırlıqqaldıranı: "Dünya çempionatında qazandığım gümüş medalı atama həsr edirəm"

Qazandığım gümüş medalı atama həsr edirəm.

"QELEBE.AZ" xəbər verir ki, bunu Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli deyib.

O, Heydər Əliyev Beynəlxalq Hava Limanındakı qarşılanma mərasimindən sonra jurnalistlərə mundialda əldə etdiyi tarixi nailiyyət barədə danışıb:

"10 ildir ki, ağırlıqqaldırma ilə məşğulam. Bu, karyeramda ən ağır yarış idi. Nailiyyət əldə etdiyim üçün hədsiz sevincliyəm. İnanın, hisslərimi sözlə ifadə edə bilmirəm. Mənə bu yarışda iştitak edə bilməyim üçün dəstək göstərən Azərbaycan Ağırlıqqaldırma Federasiyasının, həmçinin Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. May ayında iki ağır əməliyyat keçirdim. Rəhbərliyimiz və digər qurumlar dəstəklərini məndən əsirgəmədilər".

D,Dadaşbəyli qarşıdakı yarışlara daha əzimlə hazırlaşacağını bildirib:

"Dayanmaq fikrində deyiləm. Çalışıram ki, hər zaman Azərbaycan bayrağını zirvələrə qaldırım. Növbəti məqsədim qızıl medal qazanmaqdır".

Qeyd edək ki, 109 kq çəki dərəcəsində çıxış edən idmançı birdənqaldırmada 183 kq nəticə ilə dördüncü olub. O, təkanlaqaldırmada 221 kq-ı ram edərək gümüş medal əldə edib. Toplam 404 kq (183+221) nəticə göstərən Dadaş Dadaşbəyli yekun sıralamada ikinci yeri tutub.

Fərdi
Naxçıvanda Ümumdünya Şahmat Olimpiadasının açılışı olub

Naxçıvanda Ümumdünya Şahmat Olimpiadasının açılışı olub

Fərdi
Rəşad Nəbiyev dünya çempionatında iştirak edəcək cüdoçularla görüşüb

Rəşad Nəbiyev dünya çempionatında iştirak edəcək cüdoçularla görüşüb

Fərdi
Güləş üzrə Azərbaycan çempionatının başlama vaxtı məlum olub

Güləş üzrə Azərbaycan çempionatının başlama vaxtı məlum olub

Fərdi
Mətbuat Şurasında Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin nümayəndələri ilə görüş olub

Mətbuat Şurasında Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin nümayəndələri ilə görüş olub

Fərdi
Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Fərdi
Asiman Qurbanlı: "İslamiadaya görə digər yarışlara ciddi yanaşmırdım"

Asiman Qurbanlı: "İslamiadaya görə digər yarışlara ciddi yanaşmırdım"

Fərdi
Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb

Fərdi
Dünya Kuboku: Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

Dünya Kuboku: Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

Fərdi
Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Fərdi
Tanınmış idmançı ofisində ölü tapılıb

Tanınmış idmançı ofisində ölü tapılıb

Fərdi
Azərbaycanın iki cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycanın iki cüdoçusu İtaliyadakı turnirdə gümüş medal qazanıb