Azərbaycan Üzgüçülük Federasiyası idmançılar üçün seminar keçirib

Azərbaycan Üzgüçülük Federasiyası idmançılar üçün seminar keçirib

Azərbaycan Üzgüçülük Federasiyasının və ölkənin psixoloji mərkəzlərindən birinin təşkilatçılığı ilə su polosu üzrə millinin üzvləri üçün “Narkomaniyanın mənəvi və fiziki zərərləri” mövzusunda seminar keçirilib.

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə narkomaniyanın cəmiyyətə və insan sağlamlığına ziyanı, fəsadları və sağlam həyat tərzinin təbliğinin vacibliyi barədə danışılıb.

Çıxış edən Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə “ağ ölüm” adlandırılan və cəmiyyətmizin əsas bəlalarından olan narkomaniya, onun fəsadları, yarada biləcəyi faciələr, yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması və bu istiqamətdə ölkədə həyata keçirilən işlərdən danışıb.

O vurğulayıb ki, idmançıların fiziki durumları ilə yanaşı sağlamlıqları, psixoloji durumlarının yüksək səviyyədə olması çox önəmlidir:

“Əgər idmançılarımızın yüksək nəticələr qazanmasını istəyiriksə və hamılıqla buna çalışırıqsa, bunun üçün onların həm fiziki, həm də psixoloji-mental hazırlığının birgə vəhdətini formalaşdırmalıyıq. Bunun üçün komandaların məşqçilər korpusu ilə yanaşı psixoloq, dietoloqların məsləhətləri də faydalı olacağını düşünürük. Bu gün biz hamılıqla “Narkomaniyaya yox” dedik. O cümlədən də dəyərli mütəxəssislərimiz idmançılarımıza öz sahələri üzrə məsləhətlərini verdilər. Belə seminarlar davamlı olacaq və federasiyanın tabeliyində olan digər idman növləri üzrə olan idmançılara da keçiriləcək”.

Sonra psixoloji mərkəzinin rəhbərliyi və psixoloqları idmançılar üçün mühazirələrlə çıxış ediblər. Onlar da narkomaniyanın dəhşətli fəsadları, cəmiyyətə vurduğu ziyanlardan danışıblar.

Su polosu üzrə millinin baş məşqçisi, yunanıstanlı mütəxəssis Panayotis Xronopulos bu seminarların çox böyük effekti olacağını bildirib.

Seminarda bu kimi tədbirlərin davamlı olacağı və müntəzəm təşkil ediləcəyi diqqətə çatdırlıb.

Fərdi
Azərbaycanın kəmər güləşçiləri dünya çempionatında 5 medal qazanıb

Azərbaycanın kəmər güləşçiləri dünya çempionatında 5 medal qazanıb

Fərdi
Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Fərdi
Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Fərdi
AMADA süni intellekt tətbiq edəcək

AMADA süni intellekt tətbiq edəcək

Fərdi
Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Fərdi
Rövşən Rüstəmov: "Qızıla bərabər gümüş medal qazanmağımız ciddi uğurdur"

Rövşən Rüstəmov: "Qızıla bərabər gümüş medal qazanmağımız ciddi uğurdur"

Fərdi
Yaponiya Qran-prisində qalib gələn Ferstappen 2-ci dəfə dünya çempionu olub

Yaponiya Qran-prisində qalib gələn Ferstappen 2-ci dəfə dünya çempionu olub

Fərdi
Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"

Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"

Fərdi
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub

Fərdi
Səid Mollayi: "Karyeramı bitirdikdən sonra hakimliyə başlayacağam"

Səid Mollayi: "Karyeramı bitirdikdən sonra hakimliyə başlayacağam"

Fərdi
Mahir Məmmədov: "Demək olar ki, şahmatçılarımız medal kürsüsünü tutdular"

Mahir Məmmədov: "Demək olar ki, şahmatçılarımız medal kürsüsünü tutdular"