Cavid Hüseynov: “Səbail" Mirabdulla Abbasova görə maddi baxımdan o qədər də ziyana düşməyəcək"

Cavid Hüseynov: “Səbail" Mirabdulla Abbasova görə maddi baxımdan o qədər də ziyana düşməyəcək"

"Səbail" Mirabdulla Abbasova görə maddi baxımdan o qədər də ziyana düşməyəcək.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Səbail”in baş məşqçisi Cavid Hüseynov deyib.

O, uzun müddətdir futbol oynamayan Mirabdulla Abbasovla anlaşdıqlarını bildirib:

“Mirabdulla komandamıza qoşulub. Bilirsiniz ki, xeyli müddətdir futbolsuz qalmışdı. Müraciət edərək yenidən başlamaq istədiyini vurğuladı. "Səbail" Mirabdulla Abbasova görə maddi baxımdan o qədər də ziyana düşməyəcək. Futbolçuya ikinci şans vermişik. Bildiyimə görə, 2 ilə yaxındır futbol oynamırdı. Onsuz da komandamızda futbolçu çatışmazlığı var. 3 futbolçumuz əməliyyat olunub. Çox transfer də edə bilmirik. Mirabdulla məşqlərdə canla-başla çalışır. Daha iki oyunçu ilə razılıq əldə etmişik. Onlardan biri hücumçu, digəri stopperdir. İndi adlarını çəkməyim düzgün deyil. Ümumilikdə 5-6 futbolçu istəyərdim. Bunun nə dərəcədə mümkün olacağını deyə bilmərəm”.

C.Hüseynov daha iki futbolçu ilə anlaşma əldə olunduğunu vurğulayıb:

“Dəyişiklik imkanımıza bağlı olan prosesdir. O qədər də böyük imkanımızın olmadığı məlumdur. Bəzi mövqeləri gücləndirmək istəyirik. İki oyunçu ilə, demək olar ki, razılaşmışıq. Yaxın günlərdə bu barədə açıqlama veriləcək. Daha bir neçə futbolçu transfer etməyi planlaşdırmışıq”.

Mütəxəssis komandanı sonuncu yerdən xilas etmək planlarından danışıb:

“İki dövrədən sonra, əlbəttə ki, turnir cədvəlində bizim üçün xoş olmayan sonuncu yerdəyik. Lakin rəqiblərimiz çox da öndə deyillər. Çalışacağıq qış fasiləsindən yaxşı istifadə edək və növbəti oyunlarda qələbələr qazanaraq sonuncu yerdən qurtulaq".

O, qış fasiləsindən sonrakı oyunlardan çox şey asılı olacağını da bildirib:

“Çalşacağıq ki, maksimum dərəcədə irəliləyək. Bizim üçün fasilədən sonrakı ilk oyunlar çox önəmlidir. Səfərdə “Sumqayıt”la, daha sonra “Kəpəz”lə görüşəcəyik. Bu matçlardan çox şey asılı olacaq”.

Qeyd edək ki, “Səbail” Misli Premyer Liqasında iki dövrədən sonra turnir cədvəlində 9 xalla sonuncu - 10-cu pillədə qərarlaşaq.

Futbol
"Qarabağ"ın prezidenti: "Möhtəşəm oynadıq"

"Qarabağ"ın prezidenti: "Möhtəşəm oynadıq"

Futbol
Modriç və Holan Çempionlar Liqasının ilk turundan sonra tarixə düşüb

Modriç və Holan Çempionlar Liqasının ilk turundan sonra tarixə düşüb

Futbol
“Sumqayıt”ın qış hazırlıq planı açıqlanıb

“Sumqayıt”ın qış hazırlıq planı açıqlanıb

Futbol
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlanıb

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" autsayderlə oyunda xal itirib

Azərbaycan Premyer Liqası: "Neftçi" autsayderlə oyunda xal itirib

Futbol
Nikolas Kanales: “Neftçi” karyeramın zirvəsi oldu”

Nikolas Kanales: “Neftçi” karyeramın zirvəsi oldu”

Futbol
Fransa milli komandası Didye Deşamla müqavilə müddətini uzadıb

Fransa milli komandası Didye Deşamla müqavilə müddətini uzadıb

Futbol
PSJ klubu “Qarabağ”ın yer aldığı məğlubedilməzlər siyahısını tərk edib

PSJ klubu “Qarabağ”ın yer aldığı məğlubedilməzlər siyahısını tərk edib

Futbol
PSJ-nin müdafiəçisi "Yuventus"a keçə bilər

PSJ-nin müdafiəçisi "Yuventus"a keçə bilər

Futbol
AFFA-da danışılmış oyunlarla bağlı seminar keçirilib

AFFA-da danışılmış oyunlarla bağlı seminar keçirilib

Futbol
Bakıya gələn millinin serbiyalı sabiq baş məşqçisi: “Nəsə olsa, birinci sizə deyəcəyəm”

Bakıya gələn millinin serbiyalı sabiq baş məşqçisi: “Nəsə olsa, birinci sizə deyəcəyəm”

Futbol
İsko karyerasını İngiltərə və ya ABŞ-da davam etdirə bilər

İsko karyerasını İngiltərə və ya ABŞ-da davam etdirə bilər