Premyer Liqa: "Sabah" səfərdə "Kəpəz"lə heç-heçə edib

Premyer Liqa: "Sabah" səfərdə "Kəpəz"lə heç-heçə edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Kəpəz" "Sabah"ı qəbul edib.

Gəncə şəhər stadionundakı qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Görüşdə hesabı qonaqlar açıblar. 34-cü dəqiqədə Coy Lens Mikels başla dəqiq oynayıb. Bir dəqiqə sonra "Kəpəz"in heyətində Abdullahi Şuaybu tarazlığı bərpa edib. 20 yaşlı nigeriyalı yarımmüdafiəçi 73-cü dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 88-ci dəqiqədə Aleksey Kaşuk "Sabah"ın ikinci qolunun müəllifi olub.

90+1-ci dəqiqədə paytaxt komandasının futbolçusu Ceyhun Nuriyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran Gəncə təmsilçisi 8-ci pilləyə yüksəlib. 40 xalla ikinci sırada olan paytaxt klubu lider "Qarabağ"dan 7 xal geri qalır.

Qeyd edək ki, günün digər oyununda "Sumqayıt" "Səbail"i qəbul edəcək. XVII turun əvvəlki matçlarında "Zirə" Şamaxıda eyniadlı komanda ilə qolsuz heç-heçə edib, "Qarabağ" isə "Qəbələ"yə minimal hesabla qalib gəlib - 1:0. Tura dekabrın 15-də keçiriləcək "Turan Tovuz" - "Neftçi" görüşü ilə yekun vurulacaq.

Futbol
Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"

Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"

Futbol
AFFA “Qəbələ” azarkeşlərinin stadiona girişinə qadağa qoyub

AFFA “Qəbələ” azarkeşlərinin stadiona girişinə qadağa qoyub

Futbol
“Barselona”nın prezidenti: “Super Liqa 2025-ci ildə reallığa çevrilə bilər”

“Barselona”nın prezidenti: “Super Liqa 2025-ci ildə reallığa çevrilə bilər”

Futbol
Azərbaycan millisi Afinaya 14 futzalçı ilə yollanır

Azərbaycan millisi Afinaya 14 futzalçı ilə yollanır

Futbol
"Zirə"nin legioneri: "Çempionatın səviyyəsi mənim üçün sürpriz oldu"

"Zirə"nin legioneri: "Çempionatın səviyyəsi mənim üçün sürpriz oldu"

Futbol
Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

Futbol
İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

Futbol
Braziliyalı futzalçı: "Azərbaycan millisinin formasını fəxrlə geyinirəm"

Braziliyalı futzalçı: "Azərbaycan millisinin formasını fəxrlə geyinirəm"

Futbol
Türkiyə millisi B Liqasına yüksəlib, Fransa və Niderland qələbə qazanıb

Türkiyə millisi B Liqasına yüksəlib, Fransa və Niderland qələbə qazanıb

Futbol
Canluka Vialli vəfat edib

Canluka Vialli vəfat edib

Futbol
“Everton” klubu satılır

“Everton” klubu satılır

Futbol
UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub

UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub