Gürcü futbolçu PSJ-yə 75 milyona transfer ediləcək

Gürcü futbolçu PSJ-yə 75 milyona transfer ediləcək

Gürcüstanlı yarımmüdafiəçi Xviça Kvaratsxeliyanın İtaliyanın “Napoli” klubundan Fransa çempionu PSJ-yə transfer məbləği açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Şira “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Onun transfer qiyməti 75 milyon avro təşkil edəcək.

Məlumata görə, Kvaratsxeliya ilə müqavilənin müddəti 2029-cu ilə qədər davam edəcək. Razılığın bir mövsüm uzadılması mümkündür. Futbolçunun Paris klubunda maaşı 9 milyon avro olacaq və o, 2 milyon avro bonus qazanacaq.

Qeyd edək ki, 23 yaşlı futbolçu 2022-ci ildən “Napoli”də çıxış edir və komandanın tərkibində 2023-cü ildə İtaliya çempionu olub. Bu mövsüm gürcü futbolçu klubda 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.

Kvaratsxeliya əvvəllər “Rubin” (Kazan) və Moskva “Lokomotiv"ində çıxış edib.

Yarımmüdafiəçi 2019-cu ildə Rusiya Kubokunu qazanıb və ölkə çempionatının gümüş mükafatçısı olub. Kvaratsxeliya Gürcüstan millisinin heyətində 40 oyun keçirib, 17 qol vurub və 9 məhsuldar ötürmə verib.

Futbol
Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Futbol
Ronaldu karyerasını ABŞ-da davam etdirə bilər

Ronaldu karyerasını ABŞ-da davam etdirə bilər

Futbol
"Qəbələ"nin futbolçusu: "Təmiz penalti verilmirsə, VAR nəyə lazımdır?"

"Qəbələ"nin futbolçusu: "Təmiz penalti verilmirsə, VAR nəyə lazımdır?"

Futbol
"Zirə" klubu Təmkin Xəlilzadənin müqaviləsini ləğv edib

"Zirə" klubu Təmkin Xəlilzadənin müqaviləsini ləğv edib

Futbol
Çempionlar Liqası: "Real Madrid" və PSJ xal itirdi, günün bütün nəticələri

Çempionlar Liqası: "Real Madrid" və PSJ xal itirdi, günün bütün nəticələri

Futbol
"Şamaxı" klubu futbolçusu ilə müqaviləni ləğv edib

"Şamaxı" klubu futbolçusu ilə müqaviləni ləğv edib

Futbol
"Səbail" - "Kəpəz" oyununda insident baş verib

"Səbail" - "Kəpəz" oyununda insident baş verib

Futbol
"Əl Nəsr" klubu Ronaldunu sifariş etmək üçün aparıcı hücumçusu ilə vidalaşıb

"Əl Nəsr" klubu Ronaldunu sifariş etmək üçün aparıcı hücumçusu ilə vidalaşıb

Futbol
Azərbaycan Premyer Liqası: İki turun təqvimi açıqlanıb

Azərbaycan Premyer Liqası: İki turun təqvimi açıqlanıb

Futbol
Messi PSJ komandasının düşərgəsinə qayıdıb

Messi PSJ komandasının düşərgəsinə qayıdıb

Futbol
DÇ-2022: İran Uelsi məğlub edib

DÇ-2022: İran Uelsi məğlub edib

Futbol
Françesko Kaltsona: "Azərbaycan millisindən çəkinirdik"

Françesko Kaltsona: "Azərbaycan millisindən çəkinirdik"