FIBA Çempionlar Liqasında daha bir oyun Bakıda keçiriləcək
Basketbol üzrə FIBA Çempionlar Liqasında Türkiyənin "Aliağa Petkim Spor" və İsrailin "Hapoel Holon" klubları arasında pley-in seriyasının üçüncü oyunu Bakıda keçiriləcək.
Bu barədə "QELEBE.AZ"a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Komandalar arasındakı həlledici qarşılaşma yanvarın 22-də Bakı İdman Sarayında təşkil olunacaq.
Qeyd edək ki, yanvarın 7-də ölkəmizdə baş tutan matçda "Aliağa Petkim Spor" rəqibini 82-81 hesabı ilə məğlub edərək seriyada önə keçib - 1:0. Yanvarın 14-də isə "Hapoel Holon"un qələbəsi qeydə alınıb - 65:62.

https://mail.qalaba.az//uploads/photo/fiba-chempionlar-liqasinda-daha-bir-oyun-bakida-kechirilecek.webp











