"Kəpəz"in legioneri: "Turan Tovuz"la oyunda böyük hesabın qeydə alınacağı ağlımıza gəlməzdi"

"Kəpəz"in legioneri: "Turan Tovuz"la oyunda böyük hesabın qeydə alınacağı ağlımıza gəlməzdi"

Belə böyük hesabın qeydə alınacağı ağlımıza gəlməzdi.

"QELEBE.AZ" xəbər verir ki, bunu "Kəpəz"in futbolçusu Kərim Lkoça klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Yarımmüdafiəçi "Turan Tovuz"a 5:2 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIX turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

“Gəlin səmimi olaq, bu nəticəni həqiqətən də heç kim gözləmirdi. Düzdü, meydana qələbə qazanmaq üçün çıxmışdıq. Buna kimi kubok matçlarında qol vura bilmişdim, çempionatda isə yox. Tovuzdakı görüşdə fərqlənmək şansım oldu və epizoddan maksimum istifadə edə bildim. Derbidə qol vurmaqla çox möhtəşəm hisslər yaşadım. Xüsusi gün idi. Komanda yoldaşım Camal Cəfərov məhsuldar ötürmə verib qolun vurulmasında iştirak etdi”.

Mərakeşəsilli ispaniyalı oyunçu komandanın qarşıya qoyulan məqsədə çatacağını söyləyib:

“Kollektiv olaraq qış fasiləsində yaxşı hazırlaşmışıq, optimal forma yığmağa çalışmışıq. Hədəf Premyer Liqada qalmaqdır. Bunun öhdəsindən gələ biləcəyik. Çempionatın davam edən bölümündə önümüzə başqa vəzifələr də qoymağımız mümkündür”.

Lkoça Gəncədə onu hər şeyin qane etdiyini sözlərinə əlavə edib:

“Burada çox xoşbəxtəm. Mənə həmişə rahatlıq və inam verən baş məşqçi ilə işləyirəm. Azərbaycan çempionatı güclü yarışdır. Mövsümün əvvəlində uyğunlaşma prosesi bir az çətin oldu. Amma klubdakı insanlar və komanda yoldaşlarım mənə hər zaman kömək etdilər. Özümüzü və azarkeşlərimizi sevindirmək üçün növbəti oyuna əzmlə hazırlaşırıq. “Səbail” ilə görüşdə qələbə qazanmağa çalışacağıq”.

Futbol
Azərbaycan Premyer Liqasında I dövrəyə darmadağınla yekun vurulub

Azərbaycan Premyer Liqasında I dövrəyə darmadağınla yekun vurulub

Futbol
"Mançester Siti" azlıqda qələbə qazanaraq liderliyə yüksəlib

"Mançester Siti" azlıqda qələbə qazanaraq liderliyə yüksəlib

Futbol
Benzema "Real"la müqaviləni uzadacaq

Benzema "Real"la müqaviləni uzadacaq

Futbol
Ronaldu 2008-ci ildən bəri ilk dəfə start heyətdə yer almayıb

Ronaldu 2008-ci ildən bəri ilk dəfə start heyətdə yer almayıb

Futbol
"Neftçi"nin futbolçusu Belarus yığmasına dəvət olunub

"Neftçi"nin futbolçusu Belarus yığmasına dəvət olunub

Futbol
“Universitatya Krayova”nın sponsoru Regekampfla maraqlandıqlarını təsdiqləyib

“Universitatya Krayova”nın sponsoru Regekampfla maraqlandıqlarını təsdiqləyib

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm 2-ci dəfə xal itirib

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu mövsüm 2-ci dəfə xal itirib

Futbol
İtaliya klubu Şevçenkonu qovduqdan 9 ay sonra onunla müqaviləni pozub

İtaliya klubu Şevçenkonu qovduqdan 9 ay sonra onunla müqaviləni pozub

Futbol
"Qarabağ" - "Nant" oyunu başlayıb

"Qarabağ" - "Nant" oyunu başlayıb

Futbol
Avstraliya Tunisə qalib gəlib

Avstraliya Tunisə qalib gəlib

Futbol
Françesko Kaltsona: "Azərbaycan millisindən çəkinirdik"

Françesko Kaltsona: "Azərbaycan millisindən çəkinirdik"

Futbol
AFFA Rauf Əliyevi uzun müddətli cəzalandırıb

AFFA Rauf Əliyevi uzun müddətli cəzalandırıb