AMADA-nın aparıcı mütəxəssisləri EUPC-də iştirak ediblər

AMADA-nın aparıcı mütəxəssisləri EUPC-də iştirak ediblər

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nı icra edən dövlət orqanları siyahısında yer alıb.

Qurumun mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, agentlik Dövlət Proqramı çərçivəsində antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması məqsədi ilə mütəmadi olaraq tədbirlər və layihələr həyata keçirib.

Silsilə layihələr fonunda AMADA tərəfindən Avropanın Profilaktika üzrə Tədris Proqramının (EUPC) təlimat kitabçası Azərbaycan dilinə tərcümə olunub. Bu proqramın davamı olaraq AMADA-nın aparıcı mütəxəssisləri EUPC-də iştirak ediblər.

Avropa İttifaqının Narkotiklər üzrə Agentliyi (EUDA) tərəfindən onlayn formatda təşkil olunan proqram psixoaktiv maddələrin istifadəsinin qarşısının alınması sahəsində sübutlara əsaslanan profilaktika yanaşmalarını öyrənmək məqsədilə geniş platforma təqdim edib. Beş gün davam edən bu proqram iştirakçılara ailə, məktəb və icma əsaslı profilaktika strategiyalarını mənimsəmək və bu bilikləri Azərbaycanın profilaktika tədbirlərində tətbiq etmək imkanı yaradıb.

Proqramın birinci günü onlayn platformanın funksiyalarının təqdimatı və profilaktika sahəsində giriş mövzularını əhatə edib, iştirakçılara təşkilati məlumatlar və tədris prosesinin ümumi məqsədləri izah olunub. İkinci gün psixoaktiv maddələrin istifadəsinin epidemiologiyası və profilaktikasının əhəmiyyəti barədə müzakirə aparılıb, profilaktika terminologiyası və onun düzgün tətbiqi haqqında məlumat verilib.

Növbəti günlərdə iştirakçılara BMT-nin Narkotiklərin Qarşısının Alınmasına dair Beynəlxalq Standartları və Avropanın Narkotik Asılılığın Qarşısının Alınmasına dair Keyfiyyət Standartları (EDPQS) barədə məlumat verilib, ailə, məktəb və iş yeri əsaslı profilaktikanın əsas prinsipləri istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin ətraf mühit və icma əsaslı profilaktika yanaşmaları ilə yanaşı, media vasitəsilə həyata keçirilən profilaktika müdaxilələrinin təsiri və effektivliyi haqqında məlumatlar təqdim olunub, habelə sübutlara əsaslanan profilaktika üzrə təbliğat strategiyaları, monitorinq və qiymətləndirmə mexanizmləri haqqında müzakirələr aparılıb.

AMADA-nın əməkdaşlarının bu proqramda iştirakı agentliyin beynəlxalq təcrübələrdən faydalanmaq və ölkə daxilində psixoaktiv maddələrin istifadəsinin qarşısını almaq üçün daha effektiv strategiyalar tətbiq etmək məqsədini bir daha vurğulayıb. Təlimdən əldə edilən biliklər AMADA-nın profilaktika üzrə milli strategiyalarının təkmilləşdirilməsində və dayanıqlı həllərin inkişafında mühüm rol oynayacaq. Agentlik sübutlara əsaslanan profilaktika yanaşmalarını həyata keçirmək və beynəlxalq standartlara uyğun təcrübələri genişləndirmək istiqamətində öz fəaliyyətini davam etdirəcək.

Fərdi
Azərbaycanın 2 sərbəst güləşçisi dünya çempionatı ilə vidalaşıb

Azərbaycanın 2 sərbəst güləşçisi dünya çempionatı ilə vidalaşıb

Fərdi
İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini mükafatlandırıb

İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini mükafatlandırıb

Fərdi
Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Fərdi
Həbib Nurməhəmmədov ötən ilin ən yaxşı məşqçisi seçilib

Həbib Nurməhəmmədov ötən ilin ən yaxşı məşqçisi seçilib

Fərdi
Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcəklər

Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcəklər

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinala yüksəlib

Dünya çempionatı: Səid Mollayi yarımfinala yüksəlib

Fərdi
Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi olub

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi olub

Fərdi
Azərbaycanın daha bir tennisçisi erməniyə qalib gəlib

Azərbaycanın daha bir tennisçisi erməniyə qalib gəlib

Fərdi
Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb

Fərdi
Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turu üçün təyinatlar açıqlanıb

Fərdi
Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Fərdi
Olimpiya çempionu “Vugar Gashimov Memorial-2022”də iştirak etmək üçün Bakıya gəlib

Olimpiya çempionu “Vugar Gashimov Memorial-2022”də iştirak etmək üçün Bakıya gəlib