AFFA İcraiyyə Komitəsinin üzvü: "Legioner limitinin ləğvindən sonra yerli futbolçular daha çox çalışacaqlar"

AFFA İcraiyyə Komitəsinin üzvü: "Legioner limitinin ləğvindən sonra yerli futbolçular daha çox çalışacaqlar"

Legioner limitinin növbəti mövsümdən ləğv olunması azərbaycanlı futbolçular üçün rəqabəti gücləndirəcək. Onlar heyətdə qalmaq üçün daha çox çalışacaqlar.

Bu fikirləri "QELEBE.AZ"a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanov deyib.

O, milli assosiasiyanın İcraiyyə Komitəsinin ötən gün baş tutan iclası barədə danışıb. S.Qurbanov yığma üzvlərinin daha çox çalışmalı olduğunu bildirib:

"Milliyə də yaxşı futbolçular lazımdır. Yerli futbolçular legionerlərlə rəqabət aparmalıdırlar. Futbolun gözəlliyi də budur".

Keçmiş futbolçu Misli Premyer Liqasında komanda sayının artırılması barədə qərarın önəmli olduğunu söyləyib:

"Mən də bunu dəstəkləmişəm. Komanda sayı nə qədər çox olsa, ölkə futbolu inkişaf edəcək. Klubların sayının artması milliyə də kömək edəcək. Bu, yığmanın baş məşqçisinə də yardımçı olacaq. Yerli oyunçular daha çox klublarda çıxış edə biləcəklər. Nə qədər çox komanda olsa, bir o qədər yaxşıdır. Çempionatın reqlamenti isə növbəti iclasda müzakirə ediləcək. Təxminən 10-15 günə toplantı planlaşdırılır. Bunların hamısına baxılacaq".

Futbol
DÇ-2022: Uels - İran oyunu başlayıb

DÇ-2022: Uels - İran oyunu başlayıb

Futbol
“Marca” “Qızıl top”u kimin qazanacağını açıqlayıb

“Marca” “Qızıl top”u kimin qazanacağını açıqlayıb

Futbol
Stokholmda təşkil olunan "Şuşa" turnirinin açılışı və ilk oyunları baş tutub

Stokholmda təşkil olunan "Şuşa" turnirinin açılışı və ilk oyunları baş tutub

Futbol
"The Best": FIFA ən yaxşı qapıçı adına namizədləri açıqlayıb

"The Best": FIFA ən yaxşı qapıçı adına namizədləri açıqlayıb

Futbol
Pele ilə futbola başladığı stadionda vida mərasimi keçirilir - FOTO

Pele ilə futbola başladığı stadionda vida mərasimi keçirilir - FOTO

Futbol
"Nant" erməni futbolçunu "Qarabağ"la oyunun iştirak ərizəsinə daxil edib

"Nant" erməni futbolçunu "Qarabağ"la oyunun iştirak ərizəsinə daxil edib

Futbol
"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer etmək istəyir

"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer etmək istəyir

Futbol
2022-ci ilin ən çox maaş alan futbolçusu açıqlanıb

2022-ci ilin ən çox maaş alan futbolçusu açıqlanıb

Futbol
Azərbaycan çempionatlarında “transfer pəncərəsi” yanvarın 3-də açılacaq

Azərbaycan çempionatlarında “transfer pəncərəsi” yanvarın 3-də açılacaq

Futbol
Avropa Liqası: "Arsenal" təxirə salınmış oyunda PSV ilə qarşılaşacaq

Avropa Liqası: "Arsenal" təxirə salınmış oyunda PSV ilə qarşılaşacaq

Futbol
Pele xəstəxanaya yerləşdirilib

Pele xəstəxanaya yerləşdirilib

Futbol
"Kəpəz" yeni transferini açıqlayıb

"Kəpəz" yeni transferini açıqlayıb