İspaniyalı hakimlər "Real"ın ənənəvi hədiyyələrindən imtina ediblər

İspaniyalı hakimlər "Real"ın ənənəvi hədiyyələrindən imtina ediblər

İspaniyalı hakimlər bu ilin yanvarından "Real"ın ənənəvi hədiyyələrindən imtina ediblər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, etiraz aksiyasının başladılmasına Madrid klubunun televiziyasının müntəzəm şəkildə hakimlərin işi haqqında videolar yayımlaması səbəb olub.

Yayımlanan videolarda hər dəfə "Kral klubu"nun xeyrinə olmayan qərarlar şübhə altına alınıraq kəskin tənqid edilir.

Hədiyyələrdən ilk olaraq Səudiyyə Ərəbistanında keçirilən İspaniya Superkuboku matçlarında fit çalan hakimlər - Rikardo de Burqos Benqoeçea və Xesus Xil Mansano imtina ediblər. Ardınca ölkə çempionatı və kuboku oyunlarında idarəçilik edən bəzi hakimlər eyni addımı atıblar.

Yerli KİV-lərin bildirdiyinə görə, bu aksiya yalnız hakimlərin təşəbbüsü ilə keçirilir. Yəni İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsinin mövqeyi ilə heç bir əlaqəsi yoxdur, həmçinin qurumla razılaşdırılmayıb.

Qeyd edək ki, bir çox ölkələrdə uzun illərdən bəri hakimlərə klub rəmzlərinin verilməsi ənənəsi var. Sözügedən hədiyyələr adi nişanlar, vımpellər, dəsmallar və loqolu köynəklər kimi bahalı olmayan əşyalardır.

Futbol
Gəncədə yeni stadion tikilməsi təklif olunub - VİDEO

Gəncədə yeni stadion tikilməsi təklif olunub - VİDEO

Futbol
Almaniyalı futbolçu: "Azərbaycana gedəcəyim üçün çox sevinirəm"

Almaniyalı futbolçu: "Azərbaycana gedəcəyim üçün çox sevinirəm"

Futbol
UEFA yeni turnir yaradır

UEFA yeni turnir yaradır

Futbol
Portuqaliyalı futbolçu mundiallar tarixinin ən yaşlı oyunçularından biri olub

Portuqaliyalı futbolçu mundiallar tarixinin ən yaşlı oyunçularından biri olub

Futbol
"Fənərbağça"nın futbolçusunu canlı yayım zamanı arı sancıb

"Fənərbağça"nın futbolçusunu canlı yayım zamanı arı sancıb

Futbol
Dünya və qitə çempionatlarında ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb

Dünya və qitə çempionatlarında ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb

Futbol
AFFA "Qarabağ" və "Neftçi" klublarını cərimələyib

AFFA "Qarabağ" və "Neftçi" klublarını cərimələyib

Futbol
"Sürix" klubunun yeni baş məşqçisi bəlli olub

"Sürix" klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
La Liqa: "Real Madrid" "Xetafe"ni məğlub edib

La Liqa: "Real Madrid" "Xetafe"ni məğlub edib

Futbol
Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Azərbaycan yığması Millətlər Liqasını darmadağınla başa vurub

Futbol
Uruqvay Cənubi Koreya ilə qolsuz bərabərə qalıb

Uruqvay Cənubi Koreya ilə qolsuz bərabərə qalıb

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək