DÇ-2022: Niderlandın və Seneqalın üstünlüyü, İranın qruplardakı uğursuzluğu - TƏHLİL

DÇ-2022: Niderlandın və Seneqalın üstünlüyü, İranın qruplardakı uğursuzluğu - TƏHLİL

Futbol üzrə dünya çempionatında A qrupunun I turunda Seneqalla üz-üzə gələcək Niderland yığması ilk dəfə bu komanda ilə üz-üzə gələcək.

"Report"un məlumatına görə, "narıncılar" mundiallar tarixində Afrika təmsilçiləri ilə görüşlərin heç birində məğlub olmayıb.

Yığma dörd oyunun üçündə qələbə qazanıb, birində isə heç-heçəyə razılaşıb. Niderland kollektivi ardıcıl 8 dünya çempionatında ilk matçında (6 qələbə, 2 heç-heçə) yenilməyib.

Seneqal seçməsi isə turnirin qrup mərhələlərində Avropa komandalarına uduzmayıb. Milli iki qələbə, bir heçə-heçə əldə edə bilib. Bundan əlavə, afrikalılar iştirak etdiyi iki mundialın da ilk görüşündən qələbə ilə ayrılıb. Seneqal 2022-ci ildə Fransanı 1:0, 2018-ci ildə isə Polşanı 2:1 hesabı ilə üstələyib.

A qrupunun ötən gün baş tutmuş ilk qarşılaşmasında Ekvador Qətəri iki cavabsız qolla məğlubiyyətə uğradıb.

B qrupunda İngiltərə və İran milliləri tarixlərində ilk dəfə qarşılaşacaqlar. Cənub qonşumuz dünya çempionatları tarixində indiyədək Avropa təmsilçilərinə qalib gələ bilməyib. İran 8 matçın 6-da uduzub, 2-də isə bərabərlik əldə edib. 6-cı dəfə yarışda iştirak hüququ əldə edən yığma heç bir cəhdində qrup mərhələsini keçə bilməyib və tilsimi DÇ-2022-də qırmağa çalışacaq. Komanda mundiallar tarixində yalnız ABŞ və Mərakeşi məğlubiyyətə uğradıb.

Ümumilikdə 16, ardıcıl 7 dəfə turnirə qatılan İngiltərə seçməsi bu göstəriciyə görə rekordun sahibidir. Yalnız 1966-cı ildə azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun tarixi qərarından sonra qızıl medal qazanan britaniyalılar son iki böyük yarışda (Avropa və dünya çempionatı) yarımfinal oynayan yeganə Avropa komandasıdır.

Günün sonuncu görüşü isə B qrupunda ABŞ və Uels arasında olacaq. Tərəflər indiyədək yalnız 2 dəfə yoldaşlıq matçlarında görüşüblər. Bunların birində ABŞ qələbə qazanıbsa, digəri heç-heçə ilə başa çatıb.

11-ci dəfə mundiala qatılan amerikalılar son 27 qarşılaşmasının yalnız ikisində qapısını toxunulmaz saxlaya bilib. Yığma bu görüşlərdə ümumilikdə 46 top buraxıb. ABŞ son olaraq 2014-cü ildə Braziliyadakı yarışda iştirak etmişdi və 1/8 finalda Belçika səddini keçə bilməmişdi.

Uels 64 ildən sonra yenidən dünya çempionatında mübarizə aparacaq. Britaniyalılar 1948-ci ildə 1/4 finalda Braziliyaya uduzmuşdu. Həmin vaxt yeganə qolun müəllifi olan Pele turnir tarixində ən gənc yaşda (17 yaş 239 gün) fərqlənən futbolçu olmuşdu.

Qeyd edək ki, İngiltərə - İran oyunu Bakı vaxtı ilə saat 17:00-da, Seneqal - Niderland matçı saat 20:00-da, ABŞ - Uels qarşılaşması isə 23:00-da başlayacaq.

Futbol
“Kəpəz”in nigeriyalı futbolçusu: “Qələbə qazanmaqdan başqa yolumuz yoxdur”

“Kəpəz”in nigeriyalı futbolçusu: “Qələbə qazanmaqdan başqa yolumuz yoxdur”

Futbol
PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

Futbol
Qriqoryandan şovinist iddia: “Ermənistan yığmasının baş məşqçisi erməni olmalıdır”

Qriqoryandan şovinist iddia: “Ermənistan yığmasının baş məşqçisi erməni olmalıdır”

Futbol
Ramil Şeydayev: "Olimpiakos"un futbolçuları vaxtı uzadırdılar"

Ramil Şeydayev: "Olimpiakos"un futbolçuları vaxtı uzadırdılar"

Futbol
Almaniyalı futbolçu: "Azərbaycana getdiyim üçün çox sevinirəm"

Almaniyalı futbolçu: "Azərbaycana getdiyim üçün çox sevinirəm"

Futbol
DÇ-2022: Sterlinq Seneqala qarşı oyunu buraxacaq

DÇ-2022: Sterlinq Seneqala qarşı oyunu buraxacaq

Futbol
Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq qrup liderinə çevrilib

Azərbaycan komandası Çempionlar Liqasında qələbə qazanaraq qrup liderinə çevrilib

Futbol
Rusiyada oynamış azərbaycanlı futbolçulardan ibarət rəmzi komanda açıqlanıb

Rusiyada oynamış azərbaycanlı futbolçulardan ibarət rəmzi komanda açıqlanıb

Futbol
Dəmiryolçular “Zəfər” kuboku uğrunda mübarizə aparır

Dəmiryolçular “Zəfər” kuboku uğrunda mübarizə aparır

Futbol
"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır

Futbol
"Qarabağ" Premyer Liqada yeni nailiyyətə imza atıb

"Qarabağ" Premyer Liqada yeni nailiyyətə imza atıb

Futbol
Konfrans Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Konfrans Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb