Fikrət Sideifzadə: "Məncə, Şəhriyar Məmmədyarov Azərbaycan çempionu olacaq"

Fikrət Sideifzadə: "Məncə, Şəhriyar Məmmədyarov Azərbaycan çempionu olacaq"

Məncə, Şəhriyar Məmmədyarov Azərbaycan çempionu olacaq.

Bunu “QELEBE.AZ”a açıqlamasında əməkdar məşqçi Fikrət Sideifzadə şahmat üzrə ölkə çempionatı ilə bağlı danışarkən deyib.

O, Ş.Məmmədyarovun bu yarışda yaxşı mübarizə apardığını bildirib:

"Çox ciddi rəqiblərini 2:0 hesabı ilə üstələyib. Düşünürəm ki, birinci yerə də layiqdir. Amma artıq bir səhv də həlledici olacaq. Yarımfinala vəsiqə qazananların hamısı - dördü də yığma üzvüdür. Növbəti qarşılaşmalar da maraqlı olacaq".

F.Sideifzadə qadınların yarışı ilə bağlı da fikirlərini bölüşüb:

"Günay Məmmədzadənin bu turnirdəki oyunu xoşuma gəlmir. 1/4 finalda da çətinliklə qalib gəlib. Hər bir şahmatçının maksimumu var. Qadın şahmatçılarımız son dönəmlərdə yaxşı çıxış edirlər. Daha da irəli addımlamaq üçün çalışmalıdırlar. Öz səhvləri üzərində işləməlidirlər. Təəssüf ki, qadınlardan ibarət yığmada aşağıdan gələn gənc şahmatçı görmürəm. Bu da böyük minusdur. İlk beş qrossmeysterdən sonra Nərmin Abdinova və Ayan Allahverdiyeva hələlik komandaya yaxınlaşa bilmirlər. Ümid edirəm ki, yeni şahmatçılar da yetişəcək".

Əməkdar məşqçi bu səviyyədə Azərbaycan çempionatının çox az olduğunu vurğulayıb:

"Daha əvvəl, 1971-ci ildə Kirovabad (indiki Gəncə) şəhərində ölkə çempionatı yüksək səviyyədə keçib. Bundan sonra aparıcı şahmatçılarımızın qatıldığı turnir xatırlamıram. Hazırda bütün öndə olan qrossmeysterlər çempionatda mübarizə aparırlar. Onlara yaxşı şərait də yaradılıb, mükafat fondu artırılıb".

Qeyd edək ki, Azərbaycan çempionatında yarımfinal mərhələsinin oyunlarına bu gün start veriləcək.

Fərdi
Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsünü nokautla məğlub edib

Floyd Meyvezer yaponiyalı MMA döyüşçüsünü nokautla məğlub edib

Fərdi
Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın proqramı açıqlanıb

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"nın proqramı açıqlanıb

Fərdi
Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

Fərdi
Boks üzrə Azərbaycan birinciliyinin 4 çəki dərəcəsində 1/4 finalçıları bəlli olub

Boks üzrə Azərbaycan birinciliyinin 4 çəki dərəcəsində 1/4 finalçıları bəlli olub

Fərdi
Güneyli güləşçi: “Azərbaycan xalqının kiçik bir övladı kimi Zəfər bayramını təbrik edirəm”

Güneyli güləşçi: “Azərbaycan xalqının kiçik bir övladı kimi Zəfər bayramını təbrik edirəm”

Fərdi
"İlin idman yekunları": Qaliblər açıqlanır

"İlin idman yekunları": Qaliblər açıqlanır

Fərdi
Fərid Qayıbov Bakı Şəhər Halqasın çağırışına qoşulub, işə piyada gedib

Fərid Qayıbov Bakı Şəhər Halqasın çağırışına qoşulub, işə piyada gedib

Fərdi
Nazir nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Nazir nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərdi
Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Baş məşqçi: "Dünya çempionatında cüdoçularımızdan azı 3 medal gözləyirəm"

Fərdi
Şəkidəki ilk idman festivalından reportaj

Şəkidəki ilk idman festivalından reportaj

Fərdi
Həbib Nurməhəmmədov MMA-dan gedib

Həbib Nurməhəmmədov MMA-dan gedib

Fərdi
“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək