Milli Olimpiya Komitəsində WAKO rəsmiləri ilə görüş olub

Milli Olimpiya Komitəsində WAKO rəsmiləri ilə görüş olub

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker və qurumun vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı ilə görüş olub.

"QELEBE.AZ" xəbər verir ki, görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev, federasiyanın birinci vitse-prezidenti Elşən Abdulrəhimov, vitse-prezident Eduard Məmmədov, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov və mətbuat katibi Murad Fərzəliyev iştirak ediblər.

Qonaqları salamlayan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda kikboksinqə böyük maraq olduğunu qeyd edib. Kompleks yarışlarda kikboksinq idman növünün təmsil olunduğunu deyən Çingiz Hüseynzadə bu idman növündə kifayət qədər uğurlar qazanıldığını diqqətə çatdırıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən WAKO-nun prezidenti Roy Beyker ölkəmizə səfəri barədə məlumat verib. Bakıda kadetlər, yeniyetmələr və gənclər arasında Avropa çempionatının keçirilə biləcəyini söyləyən WAKO prezidenti bunun üçün danışıqların yüksək səviyyədə davam etdiyini qeyd edib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Avropa çempionatının Bakıda keçirilməsi ilə bağlı Milli Olimpiya Komitəsinin Kikboksinq Federasiyasına dəstək olacağını bildirib.

Görüşdə MOK-un baş katibi Azər Əliyev kikboksinq idman növünə ölkəmizdə diqqət göstərildiyini və bu idman növü üzrə təmsilçilərimizin Konya-2021 V İslam Həmrəyliyi Oyunlarında qazandıqları uğurlardan danışıb.

Görüş zamanı çıxış edən WAKO-nun vitse-prezidenti Salim Kayıcı Azərbaycan idmançılarının istər kikboksinq, istərsə də digər döyüş idman növlərində qazandıqları uğurların digər ölkələrə nümunə olduğunu bildirib.

2027-ci ildə Bakıda kikboksinq üzrə Avropa çempionatının keçirilməsi məsələsinin gündəmdə olduğunu deyən Salim Kayıcı sona qədər dəstək göstərəcəklərini qeyd edib.

Kikboksinq idman növünün ölkəmizdə populyarlığından danışan Kikboksinq Federasiyanın prezidenti Orxan Əliyev bu gün ölkəmizdə 200-dən çox klubun qeydiyyatdan keçdiyini və 10 mindən çox idmançının bu idman növü ilə fəal məşğul olduğunu deyib. O qeyd edib ki, 2027-ci ildə Bakının Avropa çempionatına ev sahibliyi etməsi və qitənin ən güclü döyüşçülərinin paytaxtımızda toplaşması diqqətləri ölkəmizə cəlb edəcək.

Görüşün sonunda xatirə şəkli çəkilib.

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Fərdi
17 yaşlı idmançı UFC tarixinin ən gənc döyüşçüsü olub

17 yaşlı idmançı UFC tarixinin ən gənc döyüşçüsü olub

Fərdi
Nazir: "İdman mediası ilə tərəfdaşlığımız inkişaf etdirilməlidir"

Nazir: "İdman mediası ilə tərəfdaşlığımız inkişaf etdirilməlidir"

Fərdi
"Formula 1": Braziliya Qran-prisi ləğv edilə bilər

"Formula 1": Braziliya Qran-prisi ləğv edilə bilər

Fərdi
Azərbaycan və Serbiya birlikdə avarçəkmə yarışı keçirə bilər

Azərbaycan və Serbiya birlikdə avarçəkmə yarışı keçirə bilər

Fərdi
"Formula 1" üzrə Azərbaycan Qran Prisini 60 milyona yaxın azarkeş izləyib

"Formula 1" üzrə Azərbaycan Qran Prisini 60 milyona yaxın azarkeş izləyib

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatına yollanıb

Azərbaycan karateçiləri dünya çempionatına yollanıb

Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 3-cü qızıl medalı qazanıb

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 3-cü qızıl medalı qazanıb

Fərdi
Şəhriyar Məmmədyarov: "Şuşadakı turnirin qalibi olmaq üçün əlimdən gələni edəcəyəm"

Şəhriyar Məmmədyarov: "Şuşadakı turnirin qalibi olmaq üçün əlimdən gələni edəcəyəm"

Fərdi
Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin ilk yarışını Bakıda keçirib

Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin ilk yarışını Bakıda keçirib

Fərdi
AKAF prezidenti: "Müraciətləri nəzərə alaraq, bu layihəni keçirməyə qərar verdik"

AKAF prezidenti: "Müraciətləri nəzərə alaraq, bu layihəni keçirməyə qərar verdik"