Luiz Enrike: “Bu məğlubiyyət heç ədalətli deyil”
Ötən gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları keçirilib.
QELEBE.AZ xəbər verir ki, PSJ doğma azarkeşləri qarşısında "Liverpul"a 0:1 hesabı ilə məğlub olub.
Fransa təmsilçisinin baş məşqçisi Luiz Enrike mətbuat konfransında bir sıra açıqlamalar verib:
"Bu nəticə heç ədalətli deyil. Çempionlar Liqasında bu mövsümkü ən kompakt oyunumuzu keçirdik. Rəqibin qapıçısını təbrik edirəm. Bircə o yaxşı çıxış etdi. Görüş ərzində "Liverpul"dan çox üstün idik".
Qeyd edək ki, bu komandaların cavab matçı martın 12-də baş tutacaq.

https://mail.qalaba.az//uploads/photo/luiz-enrike-bu-meglubiyyet-hech-edaletli-deyil.webp