Samir Abasov: “Kameranı söndürün, qadınlar çıxsın, mən danışım”
Azərbaycan Premyer Liqasının XXVI turunun “Neftçi” – “Turan Tovuz” oyunundan (1:1) ev sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.
Apasport.az xəbər verir ki, oyunçularının verilən tapşırıqları yerinə yetirdiyini bildirib:
- Rəqibin azlıqda qalması yenə planlarınızı pozdu?
- Rəqib azlıqda qalmamışdan qabaq da oyuna yaxşı başlamışdıq. Nə etmək istədiyimiz görünürdü. Əsas o idi ki, bizim istədiyimizi futbolçular yerinə yetirirdi. Dinamika, sürət var idi. Rəqib 10 nəfərlə qalsa da, onların oyunu bəllidir. Bütün komanda ilə müdafiə olunurdu, bizə də çətinlik yaradırdılar. Amma ilk hissədə 2 real epizodumuz var idi. Sonra hücuma daha ürəkli getməyə başladıq. Dəyişikliklərin də təsiri oldu ki, qol vurduq. Oyunun əvvəlində 10 nəfərə qarşı hazırlaşmırsan. Amma rəqib 10 və 11 nəfərlə də eyni oynayanda, plan üzrə iş gedir.
- Komanda Premyer Liqada qeyri-stabil zolağı tərk edə bilmir. Bütün diqqət artıq kubokdadır?
- Onsuzda bura mən gələndə prioritet, çıxış yolunu kubokda görürdük. Hamısı başa düşürdü ki, 5 xalla çempionatın davamını gətirmək yeni baş məşqçi, yeni futbolçular üçün çətin olacaq. Amma liqa oyunlarından qopmamışıq. Kuboka da, liqa oyunlarına da köklənirik. Bütün matçlara da qalibiyyət üçün çıxırıq.
- Ağadadaş Salyanskini "Kəpəz"lə matçdan sonra tənqid etmişdiniz, amma bu gün də start heyətində idi...
- Belə düşünmürəm. Futbolçu ilə danışırıq. İş prinsipim belədir. Mənim işimdə belə şeylər olur. Xoş hal odu ki, o intervudan sonra üzə çıxdı. Təki belə olsun. Azərbaycanlı futbolçunun vəkilləri çoxaldı. Keçən dəfə tənqid etdik ki, bu dəfə start heyətində meydana çıxmayacaq deməmişdik. əsas odur ki, iradlardan dərs çıxarsın. Bundan sonra da daha yaxşı olmalıdır. Ağadadaş və digər oyunçular, dubldan gələnlər Murad kimi oyunçular başa düşməlidir ki, bu şansdır. Yerli baş məşqçinin burada olması onlar üçün şansdır. Legionerlər var, yüksək maaş alanlar var, onlar ehtiyatda oturublar, Ağadadaşa şans veririk. Ağadadaş və digər futbolçular da bu şansı yaxşı dəyərləndirməlidir. Bu gün hücumçudursa, onu göstərməlidir. Məşqlərdə, oyun da bunu etməlidir. Tənqid edirik, irad bildiririk, bundan sonra da şans hamısı qazanacaq.
- "Qarabağ" Azərbaycan Premyer Liqasında üst səviyyədə komandadır. amma hazırkı "Neftçi" 10 nəfərlə qalan "Turan Tovuz"u udacaq potensialda deyil?
- Baxırdız oyuna? Biri var epizoda girmək. Bunun üzərində işləyirsən. Elə epizodlar olur ki, orada oyunçu qərar verməlidir. 11 və ya 10 nəfər, "Turan Tovuz"un oyun üslubu budur. 11 nəfərə qarşı da belə vəziyyət olacaqdı. 10 nəfərin qalmağını əlinizdə bayraq tutursuz. Oyuna baxanda, udmaq üçün hər şeyi etdik. Ondan artıq epizod yaratmağı istəyirsizsə, dərhal olası bir şeylər deyil. Ətraflı həm mən danışmalıyam. Siz də ətraflı baxmalısız.
- Dembo Darbonun zədəsi xronikidir? Kubok görüşünə hazır olacaq?
- Xronikidir, ya yox, bilmirəm. Əvvəllər belə bir şey olubsa, o biri klublarda bilmirəm. Eşitdiyimə görə, bu vəziyyətdə oynamasına görə, bu qədər reabilitasiyadan keçdi. Tam hazır deyil. Siyahıda 23 futbolçu olmalıdır. Darbo optimal formadan uzaqdır. Millinin pauzasına görə, bəlkə ondan sonra düzəlsə, oynayar.
- Emin Mahmudov niyə oynamadı?
- Zədəyə görə. Çox uzun olmasa da, "Səbail"lə görüşünü də buraxacaq. Müalicə prosesi keçirəcək. İnanıram ki, hazır olacaq. Emin kimi yaşlı oyunçularda proses uzun çəkir. Mahmudov sona kim qaçan, gücünü qorumayan oyunçudur.
- Futbolçu dönəminiz gözümüzün qarşısında keçib. Sizdəki döyüşkənlik indiki "Neftçi"də yoxdur?
- Deməzdim ki, komanda təslim olub. Bu qol bizi üzdü. Mübarizədirsə, vaxtla gələcək. bəzi oyunçular anlayacaqlar, bəzi oyunçular məşqçisinin ruhunu özünə götürəcək. Kiminsə içində yoxdursa, dəyişmək çətindir. Bizdə yoxdur demirəm, ümumi deyirəm. İnsanlar ayrı-ayrı xarakterə malikdir. İnanıram ki, bu da düzələcək. Burada problem görmürəm. Son vaxtlar harada təslim olduq? Elə Zirədə son dəqiqədə qalib gəldik. İl boyu yeni komandada "Kəpəz"ə qarşı oyunlar da olur. Bəzi matçlarda komanda, oyunçu düşür. "Kəpəz"lə matçda baş verənlərə görə ümumi fikir formalaşıbsa sizdə...Məndə belə fikir yoxdur. Komandam axıra kimi döyüşür. Referi hər epizodda cərimə zərbəsi verirdi, uşaqlar yerindən qalxırdı. Sizin verdiyiniz suallar tək elə bil "Neftçi"yə verilən suallardır. Yaxşı da xarakterimiz var. Bundan da yaxşı olacağıq.
- "Neftçi"dən gözləntilər yüksəkdir...
- Reallığı da qəbul edək ki, 5 xalı olan komandanı götürmüşük. Anlayan insanlar da başa düşür ki, dərhal 1-ci və ya 2-ci yerə gətirib çıxara bilmərsən. Əgər bu vaxta qədər digər komandalara 0:2, 0:3 uduzursansa, udursan, yaxşı oyun göstərirsənsə, pozitivdir. "Neftçi"nin ətrafında neqativ axtarmağa çalışırsızsa, sonu yoxdur.
- Bəzi azarkeşlər "Neftçi"nin ötən turda "Kəpəz"ə qəsdən uduzmaqda ittiham edir..
- Mən nədən danışım? Mən bu qədər danışdım, gör nə deyirsiz.. Niyə başqa kluba belə suallar verilmir? Günahımız nədir? Cavab istəyirsiz? Kameranı söndürün, qadınlar çıxsın, mən danışım.

https://mail.qalaba.az//uploads/photo/samir-abasov-kamerani-sondurun-qadinlar-chixsin-men-danishim.webp